Modern.az

Arvadı Maurinyonun İngiltərənin baş məşqçisi olmağa qoymayıb

Arvadı Maurinyonun İngiltərənin baş məşqçisi olmağa qoymayıb

Dünya

10 İyun 2014, 13:56


“Çelsi” klubunun baş məşqçisi Joze Maurinyo 2007-ci ildə İngiltərə yığma komandasının baş məşqçisi təyin olunmağa çox yaxın olub. Modern.az saytı xarici mətbuata istinadən verdiyi xəbərə görə, tanınmış məşqçinin həyat yoldaşı onu bu təklifdən imtina etməyə inandıra bilib. Təklif 2004-2007-ci illərdə çalışdırdığı “Çelsi”nin baş məşqçisi postundan uzaqlaşdırılandan sonra edilib. Mütəxəssis təklifi qəbul etməyə hazır olsa da, həyat yoldaşı Matilda deyib ki, yığmada çalışma onun xarakterinə uyğun gəlmir:

 “Arvadım mənə dedi ki, buna razılaşmamalıyam, o düzgün hərəkət edib. Mən vacib turnirin keçirilməsini iki il gözləyə bilməzdim, bu müddətdə isə Qazaxıstan, yaxud San-Marino kimi ölkələrin yığmaları ilə oynamaq lazım gələcəkdi. Bir həftə mən nə edəcəkdim? Get və bax gör klublarda oyunçular necə məşq edirlər? Mən onların yanında olmalıydım, nəyi isə dəyişməyə və daha da yaxşılaşdırmağa cəhd etməliydim”, - portuqaliyalı deyib.

Onun fikrincə, bundan sonra daha 7 il hər hansı yığmada çalışmaq niyyətində deyil. Qeyd edək ki, 2007-ci ildə İngiltərə yığmasına italiyalı Fabio Kapello baş məşqçi təyin olunub və komandanı 2010-cu il dünya çempionatının final mərhələsinə çıxara bilib, 2012-ci il Avropa çempionatı ərəfəsi isə İngiltərəni tərk edər Rusiya millisinə baş məşqçi gəlib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir