Modern.az

Terrorçular İraqda 28 türk sürücünü girov götürüb

Terrorçular İraqda 28 türk sürücünü girov götürüb

10 İyun 2014, 16:20

“İraq və Şam İslam dövləti” qruplaşmasının yaraqlıları İraqda Türkiyənin 28 vətəndaşını girov götürüblər. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaraqlıların ələ keçirdikləri Türkiyənin İskəndərun limanından İraqın Mosul şəhərindəki Qeyara yanacaq stansiyasına dizel yanacağı daşıyan sürücülərdir. Digər məlumata görə, islamçı terrorçular Mosul şəhərini tam ələ keçiriblər. Yaraqlıların şəhərin hava limanına, qubernator binasına, eləcə də polis idarəsi və İraq hərbçilərinə məxsus binanı da ələ keçirdikləri bildirilir. Əhali sürətlə şəhəri tərk edir.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi