Modern.az

“Vətəndaş cəmiyyəti təşkilatlarının inkişafı nə deməkdir?"

“Vətəndaş cəmiyyəti təşkilatlarının inkişafı nə deməkdir?"

Qarabağ

26 İyun 2010, 18:54

Modern.az saytı xəbər verir ki, bu gün Novxanıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə Avropanın CONCORD təşkilatı “Vətəndaş cəmiyyəti təşkilatlarının inkişafının effektivliyi üzrə məsləhətləşmə” adlı tədbir keçirib.

Bu barədə GTMŞ-nin mətbuat xidmətindən məlumat verilib.

Burada məqsəd Azərbaycanda olan vətəndaş cəmiyyəti təşkilatlarını bir yerə toplamaq, Vətəndaş Cəmiyyəti Təşkilatlarının (VCT) inkişafı üçün əsas prinsipləri müzakirə etmək olub.

Öncə CONCORD təşkilatının nümayəndəsi tərəfindən təqdimatlarlar olub və bu təqdimatlarlar əsasında müzakirələr təşkil olunub.

Tədbirdə Azərbaycanın 35 təşkilatı iştirak edib. Tədbirdə vətəndaş cəmiyyəti təşkilatların effektivliyi və inkişafı üçün Paris deklorasiyası haqqında məlumat iştirakçılara çatdırılıb.

Bundan əlavə Akkra Proqramı müzakirə olunub.

“VCT-lərin inkişafı nə deməkdir?” mövzusunda müzakirə olaub.

ARGTMŞ-nın sədri Fuad Muradov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, CONCORD təşkilatının vətəndaş cəmiyyəti təşkilatlarının effektivliyi üzrə katib Franz Berger və İnsan Hüquqları və Təşkilatların inkişafı üzrə director Lutful Kabir çıxış ediblər.

Tədbir sabah da davam etditiləcək.

Məlumat üçün bildirək ki, CONCORD-un 24 milli asosiasiyası və 18 beynəlxalq platforması Avropa üzrə 1600 QHT-nı təmsil edir. CONCORD Avropa institutları ilə dialoq aparan böyük qurumlardandır. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi