Modern.az

Gilgilçayın daşması sanatoriyadakı 120 nəfəri təhlükədə qoyub

Gilgilçayın daşması sanatoriyadakı 120 nəfəri təhlükədə qoyub

Təhsil

27 İyun 2010, 17:09

Güclü yağışlar nəticəsində Şabran rayonu ilə Qubanın sərhəddində, dağlıq ərazidə yerləşən sanatoriyaya gedən yol dağılıb. ANS-in məlumatına görə, təxminən 100-120 nəfərə yaxın insan Siyəzən ərazisindən axan Gilgilçaydan keçərək geri qayıtmaq istəyiblər. Lakin yolun yuyulması və avtomobilləri sel aparması nəticəsində həmin insanlar Siyəzən ərazisindəki dərədə köməksiz qalıblar.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzindən verilən məlumata görə, Gilgilçayın məcrasından çıxması və ətraf əraziləri sel basması nəticəsində İstisu sanatoriyasının yolu bağlanıb. Nəticədə sanatoriyada dincələn 122 nəfər iki gündür ki, ərazini tərk edə bilmir.

FHN-nin Xaçmaz-regional mərkəzinin rəisi Rüfət Qurbanovun verdiyi məlumata görə, həmin insanlar kömək üçün onlara müraciət ediblər. Onların dəqiq sayı açıqlanmasa da, hadisə yerindən gətirilməsi üçün helikopterin göndərildiyi bildirilir. "Onları ya Şabrana, ya da Siyəzənə gətiriləcəklər. Onların ərzaq təminatı da tükənmək üzrədir", deyə Rüfət Qurbanov bildirib.

Məlumat daxil olduqdan sonra bu gün səhər saatlarından başlayaraq FHN-nin xilasediciləri sanatoriyada qalmış insanların evakuasiyasa ediblər.

İstisu ilə yanaşı, Şabran rayonunun həmin ərazidə yerləşən bir neçə yaşayış məntəqəsinin də yolu bağlanıb. Xilasedicilər həmin yaşayış məntəqələrinin sakinlərini də ərzaqla təmin edirlər.


 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı