Modern.az

Fəttah Heydərov nəvəsinin deputatlığa namizəd olacağını təkzib edir

Fəttah Heydərov nəvəsinin deputatlığa namizəd olacağını təkzib edir

Təhsil

27 İyun 2010, 21:32

Milli Məclisin deputatı Fəttah Heydərov Modern.az saytına açıqlamasında qarşıdan gələn parlament seçkilərində yenidən namizədliyini verib-verməyəcəyindən danışıb: “Parlament seçkilərinə hələ dörd aydan artıq vaxt qalır. Yenidən namizədliyimi vermək barədə qərar qəbul etməyə tələsmirəm. Əgər belə bir qərar qəbul etsəm, o zaman fikrimi öncə elə siz jurnalistlərə çay süfrəsinin arxasında bildirəcəm”. F.Heydərov bildirib ki, o, deputatı olduğu 116 saylı Qəbələ seçki dairəsində seçicilərin yüksək etimadını qazanıb: “Hələ 1995-ci ildə həmin dairədən namizədliyimi verəndə, orada çoxlu problemlər vardı. Mən deputat seçiləndən sonra üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmişəm. 116 saylı seçki dairəsində seçicilərimin problemləriilə yaxından maraqlanmışam və daim onlara kömək etməyə çalışmışam. Ona görə də mən təkcə deputat kimi danışmağımla deyil, həm də əməli işimlə seçicilərin etimadını qazanmışam. Düşünürəm ki, yenə namizəd olsam, yenə seçicilər mənə yüksək etimad göstərəcəklər”. Fəttah Heydərov nəvəsi Tale Heydərovun (fövqəladə hallar naziri Kamaləddin Heydərovun oğlu-Modern.az) 116 saylı Qəbələ seçki dairəsindən deputatlığa namizəd olacağı barədə deyilənlərə də aydınlıq gətirib: “Mən kənddə böyümüşəm. Bilirəm ki, ara söhbətləri adətən təndir başında danışılır. Ona görə də sizə də təndir başında danışılan söz-söhbətlərə inanmamağı məsləhət görürəm”. F.Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Ali Partiya Məktəbini bitirib. 1955-ci ildən Naxçıvan Muxtar Respublikasında kənd klubunun müdiri, kənd məktəbinin müəllimi işləyib. 1966-cı ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad RayonPartiya Komitəsinin ikinci katibi, 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının əhaliyə məişət xidməti naziri olub. 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrində çalışıb. Birinci (1995-2000-ci illər) və ikinci çağırış (2000-2005-ci illər) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavinidir.

Bitərəfdir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı