Modern.az

Sabah başlayacaq Dünya Çempionatının lediləri - İrina Şeykdən Şakiraya qədər...

Sabah başlayacaq Dünya Çempionatının lediləri - İrina Şeykdən Şakiraya qədər...

11 İyun 2014, 17:19

Modern.az saytı sabah başlayacaq futbol üzrə Dünya Çempionatına yollanmış ulduz futbolçuların xanımlarının fotolarını təqdim edir

Antonella Rakuçço - Leonel Messi


Hazırda Leonel Messinin həyat yoldaşı olan Antonella Rakuçço bundan əvvəl başqa bir şəxslə nişanlı olub. Amma onun nişanlısı yol qəzası zamanı motosiklet altında qalaraq həlak olub. Messi isə Antonellaya qədər tanınmış Argentinalı model Lusiano Salazar isə sevgi münasibətlərində olub. Lakin cütlük qısa vaxt ərazində bir-birindən soyuyub. Amma Messi-Antonella cütlüyü öz möhkəmliyi ilə seçilir. İl yarım əvvəl dünyanın ən güclü futbolçusu öz butslarında Rokuçço ilə izdivacdan dünyaya gələn oğlu Tyaqonun adını həkk etmişdi. Yeri gəlmişkən Antonella Rakuçço ixtisasca kulinardır. Ona görə də ehtimal ki, Messinin ürəyinə yol onun mədəsindən keçir.

Qabriella- Neymar


2013-cü ildə Neymar və braziliyalı aktrisa Bruno Markezini arasında coşqun eşq macərası yaşanmışdı. Lakin 2014-cü ildə cütlük ayrıldı. “Münasibətlərimiz zamanın sınağından çıxmadı”, - deyə Markezini ayrılığın səbəbini izah edirdi. Müqəddəs Valentin günündə Neymar sosial şəbəkələrindən birindəki şəxsi səhifəsində “azad münasibətlərdəyəm” deyə məlumat yazdı. Lakin onun qəlbi boş qalmır. 20 yaşlı braziliyalı model, paraşütdən tullanmaq həvəskarı olan Qabriella Lentsi Neymarın yeni sevgilisidir.     

Şeyk - Ronaldu


Yaşılgöz rus gözəli İrina Şeyxislamova Qərb ölkələrində İrina Şeyk adı ilə məşhurdur. O, 2013-cü ildə FİFA-a tərəfindən “İlin ən yaxşı futbolçusu” seçilmiş Kriştianu Ronaldu ilə sevgi münasibətlərindədir. Cütlük 2010-cu ildə at paltarı reklamı üçün təşkil edilən çəkilişlərdə iştirak ediblər. Üç il sonra onlar az qala ayrılacaqdı. Belə ki, Braziliya gözəllik yarışmalarından birinin qalibi Andressa Urak Ronaldu ilə yaxın münasibətlərdə olması barədə mətbuata açıqlamalar verdi. Buna baxmayaraq Şeyk və Ronaldu cütlüyü dağılmadı.   

Karbonero - Kasilyas 


Bu ilin yanvarında idman jurnalisti olan Sara Karbonero və “Real” Madrid futbol klubunun əvəzedilməz qapıçısı İker Kailyasın Martin adında oğul övladları dünyaya gəldi. 6 aylıq Martin anası ilə birlikdə Braziliyaya İspaniya millisinin qapısını qoruyacaq atasına dəstək olmağa gedib.

Liza- Tomas


2010-cu il Dünya Çempionatının ən məhsuldar oyunçusu Tomas Müllerin həyat yoldaşı çapardır. Liza Müllerin hətta 7 at saxladığı xüsusi ferması da var. İldə 8 milyon avro qazanan alman futbolçu Mundialda çapar həyat yoldaşının dəstəyinə ümid edir.

Şakira- Pike


Bəlkə də Dünya Çempionatının ən məşhur cütlüyü müğənni Şakira və İspaniya yığmasının müdafiəçisi Jerar Pike cütlüyüdür. Onların Milan adında oğulları da var. Şakiranın sözlərinə görə ərinin qadağaları onun xoşuna gəlir. “Jerar mənə başqa kişilərlə bir klipdə çəkilməyə icazə vermir. Axı o müdafiəçidir – öz ərazisini qoruyur. Və bu mənim xoşuma gəlir”, – deyə müğənni Şakira səmimi etiraf edir.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər