Modern.az

Qubada növbəti yay məktəbi öz işinə başlayıb

Qubada növbəti yay məktəbi öz işinə başlayıb

27 İyun 2010, 22:37

İyunun 27-də, bazar günü Quba Olimpiya Kompleksində Azərbaycan Respublikası Gənclər  Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi, həmçinin,  UNİCEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə «Sağlam düşün, sağlam yaşa, sağlam ol» adlı layihə çərçivəsində 7 günlük yay məktəbi öz işinə başlayıb. Modern.az xəbər verir ki, yay məktəbində Ucar, Şirvan, Gəncə, Naftalan və ümumiyyətlə, Azərbaycanın 25 bölgəsindən 13-15 yaşlı 120 nəfər uşaq və yeniyetmə iştirak edir. Yay məktəbinin təşkilində məqsəd region və paytaxt gəncləri arasında sağlam həyat tərzinin təbliği, liderlik bacarıqlarının aşılanması, erkən nigah, zorakılıq kimi mənfi halların qarşısının alınmasıdır.

Açılış mərasimində çıxış edən ARGTMŞ -in sədri, millət vəkili Fuad Muradov ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uşaq və yeniyetmələrə böyük diqqət, qayğı göstərildiyini vurğulayaraq, adıçəkilən tədbirin də buna bariz nümunə oldğunu deyib: «Məhz bu qayğı və diqqətin, ümumiyyətlə, ölkədə uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən tədbirlərin nəticəsi olaraq bu gün uşaq və yeniyetmələri bir yerə yığa bilmişik. Bundan öncə Lənkəranda keçirilən yay məktəbində Azərbaycanın bir neçə bölgəsinin uşaq və yeniyetmələrini bir araya gətirmişdik. Bu dəfə isə biz bütün Azərbaycanı əhatə edə bilmişik».

 

Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov belə bir tədbrin məhz rəhbəri olduğu rayonda təşkil edilməsinə görə yay məktəbinin təşkilatçılarına öz minnətdarlığını bildirib. R.Həbibov Azərbaycanın bütün bölgələri kimi, Qubanın da böyük inkişaf mərhələsi yaşadığını qeyd edərək, son 5-6 il ərzində bu bölgədə 36 yeni məktəbin tikildiyini, 20-dən artıq məktəbin isə əsaslı təmir olunduğunu və müasir vəziyyətə salındığını bildirib. «Bunlar Azərbaycanda uşaq və yeniyetmələrə nə qədər böyük qayğı, diqqət göstərildiyinin göstərisidir"-deyə icra başçısı sözlərinə əlavə edib.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard təmsilçisi olduğu qurum tərəfindən bu tipli tədbirlərin birmənalı olaraq dəstəkləndiyini və qiymətləndirildiyini diqqətə çatdırıb. «Mən sizin hamınıza uğurlar arzulayıram və bildirmək istəyirəm ki, burada qazandıqlarınızı geriyə qayıtdıqdan sonra öz həmyaşıdlarınızla bölüşəsiniz. Sizin  vasitəsinizlə burada iştirak edə bilməyən həmyaşıdlarınız da məlumat əldə edərək yararlanmalıdırlar. Hesab edirəm ki, belə olarsa, bu, Azərbaycanın işıqlı gələcəyinə  böyük töhfə verə bilər»-deyə M.Herevard fikirlərini tamamlayıb.

«Gənclik bizim, Azərbaycanımızın gələcəyidir. Ona görə gələcəyimiz olan indiki gəncliyimizin durumu bu günkündən daha gözəl olmalıdır». Bu fikirlər tədbirdə iştirak edən millət vəkili Fəttah Heydərova məxsusdur: «Azərbacanımızın daha inkişaf etməsi, dünya dövlətləri arasında öncül mövqelərdə dayanması üçün böyük işlər görülür və görülməlidir. Bundan ötrü də gələcəyimiz olan gəncliyimiz sağlam olmalı, sağlam yaşamalı, sağlam düşünməlidir».

Tədbiri yüksək qiymətləndirdiyini deyən digər millət vəkili Rövşən Rzayev Azərbaycanda uşaq hüquqlarının daha təminatlı olması üçün parlament tərəfindən yeni qanun layihəsi üzərində işlənildiyini də yay məktəbi iştirakçılarının diqqətinə çatdırıb. Millət vəkili daha sonra üzünü tədbir iştirakçılarına-uşaq və yeniyetmələrə tutaraq bir sıra tövsiyələrdə bulunub: «Azərbaycan hələ də müharibə vəziyyətindədir, ərazi bütövlüyümüz hələ də təmin olunmayıb. Düzdür inanrıam ki, indiki nəsil bu problemi həll etməyə nail və qadir olacaq, ancaq tövsiyəm odur ki, gələcəyimiz olan gənclər də, bugünki tədbirin iştirakçıları olan uşaq və yeniyetmələr də müstəqil Azərbaycanımızı qoruyub saxlaya bilsinlər».

Tədbirdə  həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qurbanzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Sənubər Əlizadə çıxış ediblər. Tədbirin açılış mərasimi incəsənət proqrammı ilə öz işini davam etdirib.

Qeyd edək ki, yay məktəbi iyulun 4-də öz işini başa vuracaq.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı