Modern.az

Meyvələrin söhbəti

Meyvələrin söhbəti

28 İyun 2010, 11:14

st1:*{behavior:url(#ieooui) }

Yay meyvələrin bol olduğu mövsümdür. Vitaminlərlə zəngin olan meyvələri təkcə qida məhsulu deyil, həm də orqanizm üçün lazımi dərman adlandırsaq səhv etmərik. Təzə meyvələr mikroelementlərin və vitaminlərin ən zəngin mənbəyidir. Onların hər birinin ayrı-ayrı qiyməti olduğu kimi, ayrı-ayrılıqda da xüsusiyyətləri var.

Meyvələrin yeyilmə qaydası var və yəqin ki, çoxları bu barədə az məlumatlıdır. Elm sübut edib ki, meyvələri digər qidalarla birlikdə deyil, ayrıca yemək daha faydalıdır. Yəni günün səhər və ya axşam vaxtlarında ayrıca meyvə saatı müəyyənləşdirmək yaxşı olar. Bunu edə bilməyənlər meyvəni xörəkdən 5-30 dəqiqə əvvəl yeməlidir. Daha bir vacib şərt turş meyvələri şirin meyvələrlə qarışdırmamaqdır.

İndi isə meyvələrin xassələrini, necə zəngin tərkibə malik oldğunu onların öz dilindən eşidək. 

Alma: «Meyvələrin şahıyam»

 

Tərkibi C, B1, B2, F, E vitamainləri, karotin, kalium, kalsium, dəmir, marqans, şəkərlə zəngin olan alma meyvələrin şahı hesab edilir. Onun çox yeyilməsi orqanizmində bir sıra mərəzlərin, o cümlədən onkoloji xəstəliklərin ehtimalını azaldır. Bu meyvənin qabığı da çox faydalıdır, ona görə də nahaq yerə demirlər ki, almanı soyub yeməzlər, sayıb yeyərlər. Alma ürək damar sistemi üçün çox faydalıdır. Ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

 

Armud: «Min bir dərdin dərmanıyam»

 

S və B1 vitamini, şəkər, üzvi turşularla zəngin olan armud mikrob əleyhinə təsirə malkidir. Ondan sidik yollarının infeksiyası və böyrəkdə daş olarkən daha çox istifadə olunmalıdır. Armud şirəsi ürək ağrıları və ürək döyüntülərini aradan qaldırır. Bu meyvə həm də ishal xəstəliyinə qarşı işlədilir. Ondan alınan bəhməz qüvvətverici və sidikqovucu təsirə malikdir. Armud iştahartırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi işlədilir. Diabet xəstəliyinə tutulanlara armud çox xeyirlidir. Armud malyariya xəstəliyinə tutulanlar üçün də faydalıdır.

 

Gilas: «Süfrələrin bəzəyiyəm»

 

Onun tərkibində şəkər, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin çoxdur. Gilas mədə-bağırsaq, sidik yolları xəstəliklərində, həmçinin iştahartırıcı pəhriz qidası kimi çox xeyirlidir. Gilas və albalı meyvələrindən və onların şirəsindən qaraciyər xəstəliklərinə tutulanlara müalicə məqsədilə vermək zəruridir.

Bu meyvədən xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və maddələr mübadiləsini tənzim edən vasitə kimi də istifadə etmək faydalıdır. Gilasdan bişirilən mürəbbə ilə çay içmək əhval-ruhiyyəni yaxşılaşdırır.

 

Gilənar: «Mən soyuqdəymənin düşməniyəm» 

Ounun tərkibi şəkər, üzvi turşulari, mineral maddələrlə zəngindir. Gilənarı həm təzə dərilmiş halda, həm də kompot, mürəbbə, şirə hazırlamaqda istifadə edirlər. Ondan hazırlanan mürəbbədən böyrək və sidik yolları xəstəliklərində, istifadə edirlər. Gilənar xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzmetmə prosesini yaxşılaşdırır, orqanizmdə gedən maddələr mübadiləsini tənzim edir və iştahanı artırır. Gilənarın şirəsi şəkər xəstəliyinin ilk dövründə şəfaverici dərman kimi işlədəlir. Mürəbbəsi qızdırmanın, soyuqdəymənin düşmənidir, tərlədici vasitə kimi işlədilir.

 

Çiyələk: «Mən kefləri kökəldirəm» 

Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və öd kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir. Onun tərkibində qlükoza və saxaroza şəkərləri, C vitaminini, karotin, pektin maddələri, dəmir duzları və efir yağı var. Təzə dərilmiş çiyələk və ondan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.

 

Ərik: «Məni sevməyən yoxdur»

 

Orqanizm üçün çox faydılı meyvə hesab olunur. Çünki tərkibi şəkər, üzvi turşular, A, C, vitaminləri, kalium duzu, dəmir, fosfor, maqnezium ilə zəngindir. Onu həm təzə dərilmiş halda, həm də qurudulmuş halda yemək faydalıdır. Ərik sinəyumşaldıcı və bəlğəmgətirici, tam yetişməmiş meyvələri isə qurdqovucu dərman kimi işlədilir. Tam yetişmiş meyvələri mədənin həzmolma prosesini yaxşılaşdırır, maddələr mübadiləsinə və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Ərik qurusu ürəyi və beyni qidalandırır, onların fəaliyyətini yaxşılaşdırır.

 

Banan: «Məni uşaqlar çox sevir»

 

Azərbaycana əsasən, tropik və subtropik ölkələrdən gətirilən banan son dərəcə zərif, yumşaq xoşagələn ətirli dada malikdir. Tam yetişmiş bananın meyvələrinin tərkibində 20 %-ə qədər şəkər, 1,2 % nişasta, 1,4 % üzvi turşular, A, B1, B2, C, PP vitaminləri və 0,89 % mineral maddələr var. Banan çox qiymətli yeyinti məhsulu olmaqla yanaşı, müalicəvi əhəmiyyətə də malikdir. Bu meyvə sinir sisteminin möhkəmlənməsinə, ürəyin qüvvətlənməsinə, qanın artmasına, eləcə də mədə - bağırsağın normal işləməsinə yaxşı təsir göstərir. Banan uşaqlar və qocalar üçün əvəzsiz meyvədir.

 

Alça: «Baxma ki, dadım turşudur…»

 

Bu meyvə bir sıra müalicə əhəmiyyətə malikdir. Onun tərkibinə C vitamini, karotin, şəkər, üzvi turşular, pektin maddələri toplanıb. Xalq təbabətində təzə toplanmış alça şirəsindən xroniki mədə-bağırsaq xəstəliklərində, qəbizlikdə zəif işlətmə, eləcə də böyrəklərdə daş yığılan zaman daşsalıcı və sidikqovocu dərman kimi işlədilir. Onun qurudulmuş meyvələrindən çay hazırlayıb, soyuqdəymələrdə tərlədici dərman kimi içirlər. Bundan başqa təzə dərilmiş meyvələrdən şəkər xəstəliyində də istifadə olunur.

 

Tut: «Can sağlınını qoruyuram»

 

Təzə dərilmiş ağ tut ürək zəifliyində, qan azlığında çox xeyirlidir. Meyvəsindən hazırlanan bəhməz və ya doşab, mürəbbə ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyində son dərəcə faydalıdır. Xalq təbabətində tut ağacının qol-budaqlarının qabıqlarından qurudub toz halına salandan sonra 1-2 çay qaşığı bir stəkan qaynar suda dəmləyib, qarın ağrılarında və eləcə də qurdqovucu dərman kimi qəbul edirlər. Tut ağacı meyvələri can sağlığı mühafizəsində də çox xeyirlidir. Ondan çəkilən araqdan da dərman kimi istifadə edirlər.

 

Böyürtkən: «Mən enerji mənbəyiyəm» 

Böyürtkən şirəsindən xalq təbabətində zərif işlətmə dərmanı kimi istifadə edilir. Onun yetişməmiş meyvələri və şirəsi şəkər xəstəliyinə tutulanlar üçün çox faydalıdır. Qurudulmuş meyvəsindən, mürəbbəsindən soyuqdəymədə tərlədici vasitə kimi istifadə edilir. Yaxşı yetişməmiş böyürtkəndən dadlı qora suyu da hazırlanır ki, bunu da xörəklərdə iştahgətirici kimi işlədilir. Böyürtkən qanazlığında, avitaminozda, ürək zəifliyində, eləcə də xroniki mədə xəstəliklərində çox faydalıdır. Kal meyvələrini qurudub çay kimi dəmləyib şəkər xəstəliyinə qarşı dərman kimi içirlər.  

Moruq: «Qan təzyiqinin düşməniyəm»

 

Bu meyvədə bir sıra müalicə əhəmiyyətli maddələr var. Bunlardan C, B1 vitaminini, qlükoza, fruktoza, saxaroza şəkərlərini, dəmiri göstərmək olar.

Təbabətdə qurudulmuş moruq meyvəsindən çay kimi dəmləyib, soyuqdəymə zamanı tərlədici və temperaturu azaldıcı dərman kimi geniş istifadə edilir. O, həmçinin ödqovucu və sidikqovucu təsirə də malikdir. Təzə dərilmiş moruqdan hazırlanmış mürəbbə və şərbət böyrək xəstəliyinin və soyuqdəymənin ən yaxşı dərmanıdır. 

Şaftalı: «Ətirliyəm, dadlıyam…»

 

Şaftalı xoş ətiri və şirəsinə görə digər meyvələrdən fərqlənir. Onun tərkibi şəkər, üzvi turşular, vitaminlər, mineral maddələrlə zəngindir. Şaftalını həm təzə dərilmiş halda, həm də müxtəlif mürəbbə kompot və şərbət hazırlayıb mənimsəyirlər. O ürək-damar, böyrək və mədə-bağırsaq xəstəliklərində çox mühüm müalicəvi əhəmiyyətə malikdir.

 

Üzüm «Mən gənclik dərmanıyam»

 

Üzümdən hazırlanan kişmiş, şərbət, xoş ətirli doşab çox faydalıdır. Onun tərkibində müalicə əhəmiyyətli olan maddələr-qlükoza, fruktoza, saxaroza, dəmir, kalium-permanqanat, C və B qrupu vitaminləri, karotin toplanıb. Bu meyvə ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.

Üzümdən hazırlanan bəhməz və ya doşab qanazlığında, ümumi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Onun qorasından hazırlanan «abqora» susuzluğun qarşısını alır. Qurudulmuş üzüm qanazlığında çox xeyirlidir.

Hazırladı Adəm Qorxmaz

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir