Modern.az

Braziliya ilə bağlı maraqlı faktlar

Braziliya ilə bağlı maraqlı faktlar

12 İyun 2014, 12:54



Bütün dünya səbirsizliklə bu gün Braziliyada keçiriləcək dünya çempionatının açılışını gözləyir. Bu ölkə ilə bağlı ən maraqlı faktlar nədir? Modern.az xarici mətbuata istinadən bu faktları təqdim edir:

- Braziliyada rəsmi din yoxdur, əhalinin 73 faizi katoliklərdir.

- Braziliyanın hər bir şəhərində ən azı bir futbol stadionu var.

- Ölkədə 5 milyon avtomobil bioloji yanacaqla işləyir.

- Braziliyada “T” hərfli – transseksuallar üçün nəzərdə tutulan ayaqyolular var.

- Ən gənc braziliyalı məktəblilər süd dişlərini məktəbə verirlər, buradan onları stomatoloji klinikalara dişlərini itirən yaşlılara protez hazırlamaq üçün verirlər.

- “OK” jesti braziliyalılar üçün təhqiredici sayılır: bu sən “0”san deməkdir.

- Saat 22:00-dan səhər saat 5:00-dək Rioda sürücülər qırmızı işıqdan keçə bilərlər. Bu, soyğunçuluğun sayını azaltmaq üçün edilir.

- Braziliya prezervativlərin satışına görə rekordçudur, ənənəvi karnavallar zamanı prezervativ satışı pik həddə çatır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi