Modern.az

BMT Fondu: Ermənistanda uşaq doğumu iki dəfə AZALIB - STATİSTİKA

BMT Fondu: Ermənistanda uşaq doğumu iki dəfə AZALIB - STATİSTİKA

12 İyun 2014, 22:34

Ermənistanda körpə doğumu iki dəfə aşağı düşüb. Modern.az bildirir ki, bu barədə BMT-nin Məskunlaşma Fondunun erməni ofisinin nümayəndəsi Qarik Ayrapetyan erməni jurnalistlərinə müsahibəsində bildirib. “Əgər 80-ci illərdə hər il 80 min uşaq doğulurdusa indi hər il 40 min uşaq dünyaya göz açır. Göstərici iki dəfə aşağı düşüb”-deyə Ayrapetyan vurğulayıb.

Onun sözlərinə görə, BMT-nin Fondunun məlumatlarına görə, Ermənistanda 2013-cü ildə 41 770 uşaq doğlulub. 2012-ci ildə isə bu rəqəm 42 488 uşaq olub. 2013-cü ildə doğuş 8 faiz azalıb. Daha sonra selektiv abortun ciddi problemlər yaratdığını deyən BMT ofisinin nümayəndəsi bildirib ki, Ermənistanda hər 100 qıza 114 oğlan düşür.

“Azərbaycanda hər 100 qıza 116 oğlan, Gürcüstanda isə 100 qıza 113 oğlan düşür. Bu BMT-nin Məskunlaşma Fondunun 2013-cü il üçün apardığı tədqiqatının nəticələridir”-deyə Ayrapetyan vurğulayıb. Onun sözlərinə görə selektiv abortun belə həddi ölkənin demoqrafik vəziyyətində ciddi problemlər doğura bilər. Ayrapetyan bildirib ki, selektiv abort belə davam etsə 2060-cı ilə qədər 100 min gələcək ana doğulmayacaq.

 

  

X. SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir