Modern.az

Türkiyədə Yeddi Dövlət – Bir Millət bayraq meydanı açılır

Türkiyədə Yeddi Dövlət – Bir Millət bayraq meydanı açılır

28 İyun 2010, 15:55



3 iyun 2010-cu il tarixdə Türkiyənin Bursa şəhərində Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının açılışı olacaq. Tədbirdə yeddi bağımsız Türk dövlətinin Türkiyədəki səfirliklərinin nümayəndələri, ayrı-ayrı ictimai qurumların təmsilçiləri və sənət adamlarının iştirakı nəzərdə tutulur. Tədbir Bursadakı Yıldırım bələdiyyəsinə aid ərazidə, bu bələdiyyə binasının önündəki meydanda baş tutacaq.

Təşəbbüsün icraçılarının verdiyi xəbərə görə həmin gün saat 18.00-da başlayacaq tədbirdə öncə mehtər marşları səsləndiriləcək, ardından bayraq meydanının açılışını gerçəkləşdirmək üçün lent kəsiləcək, bundan sonra da yeddi bağımsız Türk dövlətinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs, Özbəkistan, Türkiyə və Türkmənistanın bayraqları yüksəldiləcək. Rəsmi çıxışların nəzərdə tutulduğu etkinlikdə ünlü ozan Araz Elsəs və sənətçi Orhan Hakalmazın iştirakı ilə konsertin düzənlənməsi də proqrama daxildir. Konsertdən sonra tədbir Yıldırım Bələdiyyəsinin Barış Manço Kültür Mərkəzində təşkil edəcəyi Aşıqlar Etkinliyi ilə davam edəcək.

Qeyd edək ki, Yeddi Dövlət – Bir Millət Bayraq Meydanı təşəbbüsü Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin başqanı İbrahim Demirtaş və qurumun Türk Cümhuriyyətləri üzrə baş təmsilçisi Azər Həsrətin ötən ilin dekabrında Bursa Yıldırım Bələdiyyəsi başqanı Özgen Keskinle görüşü zamanı irəli sürülüb. Türk dövlətləri arasında əlaqələrin daha da gücləndirilməsi və ən qısa zamanda Bağımsız Türk Dövlətləri Birliyinin qurulmasını məqsəd elan edən dərnək bu yöndə çalışmaları sırasında yeddi bağımsız Türk dövlətinin bayraqlarının daim bir yerdə olmasına xüsusi önəm verir. Ona görə də özünün bütün tədbirlərində yeddi bayrağımız əlifba sırasıyla düzülmüş şəkildə bir arada tutulur.

Onu da əlavə edək ki, tədbirdə Azərbaycandan Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətin iştirakı nəzərdə tutulur. O, iyulun 2-dən 4-dək Bursada səfərdə olacaq və buradakı açılış törənindən əlavə bir sıra özəl görüşlər də keçirməyi pılanlaşdırır. Yeri gəlmişkən, iyulun 2-də Bursada Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin yeni qərargahının açılışı da planlaşdırılır.
 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi