Modern.az

ADU-da İndoneziya Mərkəzi açılacaq

ADU-da İndoneziya Mərkəzi açılacaq

28 İyun 2010, 16:40

İyunun 29-da Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Mərkəzinin açılışı olacaq. Bu barədə Modern.az-a  ADU-nun mətbuat xidmətindən məlumat verilib. Açılış mərasimində İndoneziyanın İranda və Azərbaycanda akkreditasiya olunmuş səfiri İvan H. S. Viranata Atmadjanın iştirakı gözlənilir. Qonağın ADU-nun rektoru, professor Səməd Seyidovla görüşü nəzərdə tutulur. Daha sonra səfir İndoneziya Mərkəzinin açılışında iştirak edəcək. Qeyd edək ki, İndoneziyanın mədəniyyətini, tarixini özündə əks etdirən İndoneziya Mərkəzində müxtəlif kitablar, video-materiallar mövcuddur ki, bu da tələbələr üçün gözəl əyani vəsait olacaq.

Xatırladaq ki, bu il aprelin 22-də Azərbaycanda səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti də ADU-da olmuşdu. Universitetin rektoru Səməd Seyidovla görüşdükdən sonra nümayəndə heyəti ADU-dakı İnformasiya – Resurs Kompleksi (İRK) ilə və gələcəkdə açılması nəzərdə tutulan İndoneziya Mərkəzi ilə tanış olmuş, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşmüşdülər.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində 2007-2008-ci tədris ilində Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində Cənub - Şərqi Asiya regionşünaslığı, İndoneziyaşünaslıq ixtisası açılıb, həmin ildən də Malay dili tədris olunmağa başlayıb. Hazırda İndoneziyaşünaslıq ixtisası üzrə 19 nəfər tələbə təhsil alır.

Onu da xatırladaq ki, ADU-nun Ümumi dilçilik kafedrasının professoru Həbib Zərbəliyev uzun illər geniş mənada İndoneziya mədəniyyətinin təbliği, Azərbaycanda İndoneziya dili və ədəbiyyatının tədrisi, tədqiqi və təbliği sahəsində göstərdiyi xidmətlərə görə İndoneziya prezidentinin 2008-ci il 4 noyabr tarixli sərəncamı ilə “Mədəniyyət sahəsində xidmətlərinə görə" ordeninə, 2009-cu il 15 avqust tarixli sərəncamı ilə isə "Xidmətlərinə görə I dərəcəli Şərəf ordeni"nə  layiq görülüb.    

  Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir