Modern.az

Ukraynada 11 terrorçu əsir götürüldü

Ukraynada 11 terrorçu əsir götürüldü

13 İyun 2014, 14:11

Ukrayna hərbçiləri Mariupolda  11 terrorçunu əsir götürüblər. Modern.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda ölkənin daxili işlər naziri Arsen Avakov məlumat verib. Onun sözlərinə görə, ələ keçirilən terrorçularda olan iki partlayıcı mina zərərsizləşdirilib. Donetskə tərəf olan blokpostda avtomobil saxlanılıb, 11 terrorçu həmin avtomobildə Donetskə getmək istəyirdilər”.

Nazir şəhərdə vəziyyətin stabil olduğunu da qeyd edib. Qeyd edək ki, bu gün Mariupolda terrorçuların təmizlənməsi üçün xüsusi əməliyyat keçirilir.


Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?