Modern.az

46 ölkədən 75-dək teleradio təşkilatının rəhbəri Bakıya gəlir

46 ölkədən 75-dək teleradio təşkilatının rəhbəri Bakıya gəlir

Təhsil

29 İyun 2010, 09:43

İyulun 1-dən 3-dək Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası keçiriləcək. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda təşkil edilən bu tədbirə qurumun ölkəmizdən yeganə üzvü olan İctimai Televiziya və Radio Yayımları Şirkəti ev sahibliyi edir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqə və monitorinq şöbəsindən Modern.az-a verilən məlumata görə, üç gün davam edəcək sessiyada 46 ölkədən 75-dək teleradio təşkilatının rəhbərləri, eləcə də Avropa Yayımları Birliyi, Asiya Yayımları Birliyinin nümayəndələri, BBC, France International, Euronews, ZDF, RTR, TRT  və sair bu kimi müxtəlif  ölkələrin məşhur ictimai yayımçıları təmsil olunacaq.

Baş Assambleyanın sessiyasında Avropa Yayımları Birliyinin yarımillik fəaliyyyəti, internet və media dünyası, yeni əsrdə jurnalistika problemləri barədə müzakirələr aparılacaq.  

Qeyd edək ki,  İctimai Televiziya və Radio Yayımları Şirkəti 2007-ci ildən etibarən Avropa Yayımları Birliyinə tamhüquqlu  üzv qəbul edilib.  İctimai Televiziya fəaliyyətə başlayandan  il yarım sonra AYB-a tamhüquqlu üzv seçilən yeganə teleradio qurumdur. Bu illər ərzində Avropa Yayımları Birliyi ilə İctimai Televiziya arasında geniş əməkdaşlıq yaranıb. Qurumun Baş Assambleyasının 64-cü sessiyasının Azərbaycanda keçirilməsi bu əməkdaşlığı, eləcə də dünyanın bir sıra nüfuzlu televiziya və radio təşkilatları ilə ikitərəfli əlaqələri genişləndirməyə imkan verəcək.

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir