Modern.az

Səddamın qızı Mosula gedir

Səddamın qızı Mosula gedir

13 İyun 2014, 16:41



Mosul şəhərində dünəndən bu yana dərin bir səssizlik hakimdir. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının girdiyi bölgələrdə əsgər və texniki təchizatını buraxaraq çəkilən İraq ordusu, dünən Türkiyə saatı ilə 16:10-da Mosul şəhərinin xarici məhəllələrinə havadan əməliyyat təşkil edib. Bu arada bir bomba iddia daha meydan gəlib. İraqın keçmiş lideri Səddam Hüseynin qızının Mosula gedəcəyi söylənilir.

Yayılan xəbərə görə, İŞİD-in Mosul və Tikrit əməliyyatlarının ardından ölkənin edam edilən keçmiş başçısı Səddam Hüseynin qızı Reghatın İordaniyadan Mosula keçəcəyi öyrənilib.

İŞİD-in Mosuldakı səlahiyyətlilərinin Reghat Səddamın Mosula gəlməsi üçün etibarlı yol xəritəsi hazırladıqları da iddia edilir. Dünən etibarı ilə Mosulda İzzət Duri ilə birlikdə Regıt Səddamın fotoşəkilləri də divarlara asılıb. Səddamın qızının Mosula gələcəyi təqdirdə şəhərdə hərəkətli saatlar yaşanacağı gözlənilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi