Modern.az

Bir sutkada Ukraynada 150-dən çox terrorçu öldürülüb

Bir sutkada Ukraynada 150-dən çox terrorçu öldürülüb

13 İyun 2014, 16:53

Son bir sutka ərzində Ukraynanın güc strukturları keçirdikləri əməliyyatlar zamanı 150-dən terrorçunu məhv ediblər. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, daha onlarla yaraqlı əsir götürülüb. Terrorçuların çoxu Rusiya ilə sərhəddə, Donetsk vilayətinin Snejni rayonunda və Donbasın digər şəhərlərində məhv ediliblər.

Əməliyyatlar davam edir. Xatırladaq ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi Snejni rayonu ərazisində terrorçulara məxsus 12 avtomobilin və 40-dan çox yaraqlının məhv edildiyi barədə məlumat yayıb.

Bu gün ən qızğın döyüşlər Mariupolda gedib. Ukraynanın güc strukturları şəhəri Rusiya meylli və Rusiyadan olan yaraqlılardan təmizləyiblər. 30-dan çox terrorçunun əsir götürüldüyü bildirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu