Modern.az

“Türkiyə İŞİD-i peşman edəcək”- Parlamentdən AÇIQLAMA

“Türkiyə İŞİD-i peşman edəcək”- Parlamentdən AÇIQLAMA

14 İyun 2014, 10:02

Türkiyə Böyük Mİllət Məclisi (TBMM) aparatının rəhbəri, deputat Mustafa Kabakçı İraq Şam İslam Dövlətinin (İŞİD) region üçün təhlükələrindən söz açıb.

O, Modern.az-a  açıqlamasında  qeyd edib ki, İŞİD kimi təşkilatlar İraq və Yaxın Şərqdəki enerji qaynaqlarını ələ keçirmək üçün məzhəb qarşıdurması yaradırlar.   TBMM funksioneri Türkiyənin Mosuldakı baş konsulluğunun diplomatlarının İŞİD tərəfindən girov götürülməsinə də münasibət bildirib.  

“Türkiyə İraqdakı vətəndaşlarının və məmurlarının həyatının təhlükəsizliyi təmin etmək məsələsində heç bir güzəştə getməyəcək. Türkiyənin qüdrətini sınağa çəkmək istəyənlər buna çox peşman olacaqlar”.  

Qeyd edək ki, İŞİD Türkiyənin Mosuldakı baş konsulluğunun diplomatlarını girov götürüb. Sözügedən terrorçu qruplaşma İraqın Mosul və Tikrit şəhərlərinə nəzarəti ələ keçirib və paytaxt Bağdada doğru irəliləyir.    

 Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?