Modern.az

Mirzə Şəfi Vazehin Tiflisdəki məzarı niyə yoxa çıxıb?

Mirzə Şəfi Vazehin Tiflisdəki məzarı niyə yoxa çıxıb?

14 İyun 2014, 10:13

Bu il Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq. Modern.az Qürbətin doğma məzarları” layihəsində  onu qəbri barədə danışacaq.

Ədəbiyyatşünas-alim Vaqif Arzumanlının sözlərinə görə, Mirzə Şəfi 1852-ci il noyabrın 16-da Tiflisdə vəfat edib. Mirzə Fətəli Axunzadə ölərkən vəsiyyət edib ki, onu müəllimi Vazehin ayaqları altında basdırsınlar. Tiflis müsəlman qəbiristanlığında Axundov Vazehin iki üç metrliyində dəfn olunur.

“Mirzə Şəfi Vazehin məzarını mən hələ ötən əsrin 50-ci illərinin sonunda görmüşəm. Mənim qohumlarım orada yaşayırdı. Onlarla birgə müsəlmanların dəfn olunduğu Tiflis müsəlman qəbiristanlığına getdik.

Tiflisdəki Botanika bağının arxasında yerləşən Azərbaycan qəbiristanlığı müharibədən sonra köçürülərkən onun həmvətənlərindən heç kim bu böyük şairin ruhunun incidilməsinə etirazını bildirməyib.

Yanında da bir neçə uşaq məzarının baş daşı vardı. Vazehin başdaşı üzərindəsə onun haqqında aydın oxunan qeydlər vardı. Orada bir çox azərbaycanlı ziyalıların məzarları var idi. Onların arasında mən Mirzə Şəfinin də uçmuş məzarını gördüm. O vaxt səhv etmirəmsə, 1959-cu il idi. Məzarın yalnız qalıqları qalmışdı.

"Tarix boyu Tiflis türklərin olduğuna görə orada həm gürcü-xristianlar, həm də türk-müsəlmanlar bərabər yaşayıb. Gürcülər özlərinin hörmət etdiyi adamları, məşhur şəxsiyyətləri Şeyx Sənan deyilən bir dağın ətəyində dəfn edirdilər. Məsələn, Qriboyedevin özünün və arvadının, Stalinin anasının məzarı oradadır. Müsəlmanlar isə Tiflisi müsəlman qəbiristanlığında dəfn edirdilər. 1964-65-ci illərdə bir elan veriblər ki, kimin orada yaxını varsa köçürsünlər. Çünki  burada botanika bağı salınacaq. Mirzə Şəfinin qəbrini dağıdılmış yarım türbə şəkində özüm görmüşəm. Üzərində Mirzə Şəfinin də adı yazılıb.

Sonradan Mirzə Şəfi irsini daha dərindən tanıdıqdan sonra bu istiqamətdə fəaliyyətə başladım. Amma kimə müraciət etsəm də, səsimə səs verən olmadı. Yalnız o vaxt Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə rəhbəri Həsən Həsənov mənə yardım etdi. Ona bildirdim ki, Almaniya, Litva,  Polşada  və digər Avropa ölkələrinin arxivində Mirzə Şəfi barəsində araşdırmalar aparmışam. Elə onun dəstəyi ilə uzun müddətdən sonra yenidən Tiflisə getdim. Artıq  o zaman Botanika bağı olmuş qəbiristanı ot basmışdı. Qəbirlərin çoxu da itib yoxa çıxmışdı. Əsas işim Mirzə Şəfinin qəbrinin yerini dəqiqləşdirmək idi. Mən orada əsasən görkəmli mütəfəkkirlərin məzarları olmaqla 100-ə yaxın fotoşəkil çəkdim. Təxminən 31 məşhur Azərbaycanlının qəbrinin yerini müəyyən etdim. Mənə əsasən kömək edən isə gürcü alimi Yenikolopov idi. Onun da tədqiqatlar sahəsi bu istiqamətdə idi. 30 il Şeyx Sənan qəbiristanlığın direktoru olub. Onu şəxsən tanıyırdım.

Məmməd Arif Dadaşzadənin yubiley gecəsində şəhərdə onu mən müşahidə edirdim. Mənə dedi ki, Mirzə Şəfinin məzarına niyə sahib durmursunuz? Mən üç dəfə cəhd etdim ki, həm Axundovun həm də Vazehin məzarlarını köçürdüm.  Çünki orada artıq dağıdırdılar. Ürək yanğısı ilə soruşdu ki, axı niyə siz Mirzə Şəfinin məzarının qeydinə qalmırsınız. Çox heyf, nə qədər gej deyil bu işin qeydinə qalmaq lazımdır. O vaxtdan bəri mən Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclasında iki dəfə bu barədə məsələ qaldırmışam, lakin hər iki dəfə qərara alınıb ki, bu işlə ciddi məşğul olmaq vacibdir, ancaq sonra hər şey olduğu kimi də qalıb. 1970-ci ildə Şevardnadze Tiflis şəhərinin meri olan vaxt Azərbaycan Mərkəzi komitənin katibi Heydər Əliyev  Tiflisə gedəndə gözdən pərdə asmaq üçün Axundovun məzarını bir balaca düzəltmişdilər. Yoxsa o da indi uçulub dağılacaqdı. Əziz Şərif öz arxivindən mənə bir foto göstərdi. O fotoda Nazim Hikmətlə  Mirzə Şəfinin məzarını ziyarət edirlər. Əziz Şərif dağılmış məzara baxaraq ağlayır. O şəkil indi də mənim arxivimdədir.  Mirzə Fətəlinin qohumlarının bəzilərinin məzarları bir yerə cəm ediblər. Dağıdılsa da yenə guşə halında  orada qalır. Amma o biriləri tamam yararsız gündədirlər".

 

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir