Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

29 İyun 2010, 12:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 30-da hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyinin sürəti 7-12 m/s olacaq, axşam arabir 16-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 34-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə olacaq.

İyulun 1-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23 m/s təşkil edəcək, gündüz yarımadanın bəzi yerlərində 25-28 m/s-dək güclənəcək
Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 30-34 dərəcə isti olacaq.

İyulun 2-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, gündüz 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 30-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

İyunun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 34-38 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə təşkil edəcək.

1-2 iyulda hava şəraitinin əsasən yağmursuz, lakin axşam və gecə bəzi yerlədə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyinin surəti 5-10 m/s olacaq, arabir 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı