Modern.az

İslamı qəbul etmiş məşhurlar - SİYAHI

İslamı qəbul etmiş məşhurlar - SİYAHI

Dünya

14 İyun 2014, 14:34


Müasir dünyada insanların dinini dəyişməsi halları yeni tendensiya kimi geniş yayılıb. Zaman-zaman İslam dininin daşıdığı humanist ideyalar başqa dinə qulluq edən məşhurların diqqətini cəlb edir. Müsəlman olmaq üçün uzun prosedur keçmək də lazım deyil. Sadəcə iki müsəlman şahidin yanında kəlmeyi-şəhadəti deməklə insan müsəlman sayılır.

Modern.az saytı İslamı qəbul etmiş dünya məşhurlarından bir neçəsinin adını təqdim edir.

Məşhur Hollivud rejissoru Oliver Stounun 27 yaşlı oğlu Şon Stoun yaxınlarda İslamı qəbul etdiyini açıqlamışdı. Şon Stoun İslamın şiəlik qoluna mənsubdur. Maraqlıdır ki, Şon Stounun 1986-cı ildə “Tağım” filminə görə “Oskar” mükafatı qazanan atası, rejissor Oliver Stoun yəhudi, anası isə xristiandır.
“İslamı qəbul etmək xristinalıq, yaxud iudaizmdən uzaqlaşmaq deyil. Mən bu dinlərlə doğulmuşam. Bu o deməkdir ki, mən (s) Məhəmmədi və digər peyğəmbərləri qəbul edirəm.

Mən məscidə daxil olanda özümü yaxşı hiss edirəm. Mən inanıram ki, Allah təkdir və bu nöqteyi-nəzərdən müsəlman, xristian, yaxud yəhudi olmağın vacib deyil”, – deyə özünə Əli adını götürən Şon Stoun müsahibəsində bildirib.

Kassius Marsellus Kley dünya boks tarixinin ən məşhur nümayəndələrindən sayılır. Onu anadan olduğu Kassius Kley yox, İslamı qəbul etdikdən sonra özünə götürdüyü Məhəmməd Əli adı ilə tanıyırlar. 1964-cü ildə 22 yaşlı Kassius Kley dünya çempionu adını qazanıb. Bir həftə sonra isə İslama tapınaraq, Məhəmməd Əli adını qəbul edib. Bundan əlavə, Məhəmməd Əli Amerika qaradərililərinin yaratdığı “İslam milləti” təşkilatının ən sadiq üzvlərindən biri olub. Məhz həmin təşkilatın sədri Malkolm İks onun müsəlman olmasında və əcdadlarına ağdərili quldarlar tərəfindən verilən soyadından imtina edərək Məhəmməd Əli adını qəbul etməsinə səbəbkar olur.

Fransa millisinin və “Bavariya” futbol klubunun yarımmüdafiəçisi Frank Riberi də xristianlıqdan İslama gələnlər arasındadır. Öz uşaqlıq sevgisi olan əlcəzairli Vahibə Belhami ilə evlənmək üçün bu addımı atıb. Katolik məzhəbinə qulluq edən fransız futbolçu Bilal adını qəbul edib. İslam dininin bütün ayinlərini icra edən Riberi dindar müsəlman kimi tanınır. 2006-cı ildə Vahibə Belhami ilə ailə həyatı quran ulduz futbolçunun ailəsində Hizyə və Şahinəz adlı iki qızı və Seyf-əl İslam adında oğul övladı böyüyür.

Dünya boks tarixinin ən qalmaqallı və istedadlı nümayəndələrindən olan Mayk Tayson da müsəlmandır. 1992-ci ildə zorlama maddəsi ilə 3 il müddətinə həbsxanaya salınan Tayson oradakı məhbus müsəlmanların sayəsində İslam dini ilə tanış olub və tezliklə dindar müsəlmana çevrilib. Tayson özünə Malik Əbdül Əziz adını götürüb. 2010-cu ildə 44 yaşlı Mayk Tayson öz çoxdankı arzusunu yerinə yetirib və Həcc ziyarətinə gedib. Əfsanəvi boksçu ziyarətlə bağlı Twitter səhifəsində bunları yazıb: “Mən müqəddəs Məkkə şəhərindəki ziyarətimi başa çatdırdım. İnanıram ki. Allah mənə haqq yolunu göstərməkdə davam edəcək”.

Böyük Britaniyanın tanınmış müğənnisi və multi instrumtalisti Ket Stivensin İslamı qəbul etmə səbəbi isə çox maraqlıdır. Belə ki, gənc müğənni Kaliforniyanın Malibu sahillərində çimərkən burulğana düşür. Yaşamaq üçün mübarizə apardığı anda özünə söz verir ki, sağ qalsa ömrünün qalan hissəsini Allaha ibadətə sərf edəcək. Hadisədən sonra 2 il ərzində əslən yunan olan pravolsav Ket Stivens inanacağı dini axtarır. 1978-ci ildə o, Qurani-Kərimlə tanış olur və İslamı qəbul edir. Hazırda 66 yaşlı Ket Stivens müsəlman kimi qəbul etdiyi Yusif İslam adı ilə müğənni karyerasına davam edir.

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub