Modern.az

BAXCP hökuməti jurnalistlərin mənzil problemlərinin həllinə dəstək verməyə çağırır

BAXCP hökuməti jurnalistlərin mənzil problemlərinin həllinə dəstək verməyə çağırır

29 İyun 2010, 13:52

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Modern.az-ın məlumatına görə, ATƏT-in Minsk qrpuna həmsədrlik edən dövlət başçılarının "Böyük səkkizliyin" Torontoda keçirilən zirvə toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı verdikləri birgə bəyanata münasibət bildirən BAXCP İdarə Heyəti Azərbaycan hökumətini sənəddə yer alan prinsipləri rədd etməyə çağırıb. BAXCP hesab edir ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı təcavüzkarla təcavüzə məruz qalanın eyniləşdirilməsinə və Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət edir.

BAXCP İdarə Heyəti Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planına da münasibət bildirib. BAXCP hesab edir ki, Azərbaycan hökuməti Milli Mətbuatın 135 illik yubileyi çərçivəsində jurnalistlərin mənzil problemlərinin həllinə də xüsusi diqqət ayırmalıdır: "Azərbaycan mətbuatının inkişafında xidmətləri olan, özünü təsdiq etmiş mətbuat orqanlarında ən adı beş il müddətində çalışan jurnalistlərə uzunmüddətli və faizsiz ipoteka kreditlərinin verilməsi yolu ilə KİV nümayəndələrinin mənzil problemlərinin həlli istiqamətində irəliləyişlərə nail olmaq mümkündür. BAXCP Azərbaycan hökumətini jurnalistlərin mənzil problemlərinin həlli ilə bağlı onlara dəstək verməyə çağırır".

Qeyd edək ki, toplantıda partiyanın parlament seçkilərinə hazırlığı, seçki platformasının əsas tezislərinin müəyyənləşdirilməsilə bağlı müzakirələr də aparıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir