Modern.az

Bakıda ingilis dilində pulsuz danışıq kursları təşkil edilir

Bakıda ingilis dilində pulsuz danışıq kursları təşkil edilir

29 İyun 2010, 13:55

British Midland International, və Languages Services Direct İngilis dilini öyrənən insanlar üçün pulsuz danışıq kursları təşkil edirlər. Danışıq klubu bütün yay ərzində keçiriləcək və məqsəd insanlara İngilis dilini öyrənməkdə yardım etməkdir.

 

Danışıq klubunun yaradılması təşəbbüsü haqda danışan bmi şirkətinin Azərbaycandakı Satış üzrə Meneceri Səbinə İsmayılova Modern.az-a deyib: “bmi İngilsi dilini öyrənən azərbaycanlıları dəstəkləməyə şaddır. Bakıdan Londana gündəlik uçuşlar edən bir hava yolları kimi biz mədəni mübadilənin müsbət təsirini hər gün görməkdəyik. Biz İngilis dilinin bu işə həqiqətən də töhfə verə biləcəyinə inanırıq. Danışıq Klubu sadəcə İngilis dilinin öyrənilməsi demək deyil, bu həm də həyat təcrübəsinin bölüşdürülməsi və dünyagörüşünün genişləndirilməsi deməkdir”.

 

Danışıq klubu pulsuzdur və hər kəs burda iştirak edə bilər. Danışıq klubunun bütün sessiyaları İngilis dilinin daşıyıcısı olan müəllimlər tərəfindən aparılacaq. Danışıq klubu 5 gün olacaq, hər gün 1 saatlıq 3 sessiya olmaqla. İlk danışıq klubu İyulun 3-də, növbətisi İyulun 17-də, İyulun 31-də, Avqustun 14-də və Avqustun 28-də keçiriləcək.

 

Language Services Direct-in Direktoru Pol Torli bu təşəbbüs haqda danışarkən deyib: “Bu, İngilis dilini başlangıc və yüksək səviyyədə bilənlərin bir yerə toplaşıb bir-birinə dil öyrənməyə yardım etmələri üçün gözəl imkandır. Təcrübəli İngilis dili müəllimi ilə birlikdə keçiriləcək sessiyalarda qəlyanaltı da olacaq. Məhz elə buna görə də gəlməmək üçün heç bir üzrlü səbəb yoxdur”.

 

Danışıq klubunda iştirak etmək üçün Language Services Direct-ə zəng etmək (492 74 56; 492 62 73) və ya bu email ünvanına ([email protected]) məktub yazmaqla qeydiyyatdan keçmək olar. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir