Modern.az

9-cu və 11-cilərin buraxılış imtahanlarının CAVABI açıqlandı

9-cu və 11-cilərin buraxılış imtahanlarının CAVABI açıqlandı

Təhsil

15 İyun 2014, 14:00


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə keçirdiyi buraxılış imtahanlarının nəticələrini bu gün açıqlayıb.

Modern.az saytının xəbərinə görə, imtahan nəticələri TQDK-nın internet saytında (burada //eservices.tqdk.gov.az/netorta/ ) yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 13-də ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.   

TQDK-nın məlumatına görə, 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında ümumilikdə 26 380 şagird iştirak edib. Onlardan 8873-ü Ana dilindən, 10 336-sı riyaziyyatdan "2" qiyməti alıb.
11 730 nəfər Ana dili, 9271 nəfər riyaziyyatdan "3" alıb. Şagirdlərin 4052-i Ana dilindən, 3530-u riyaziyyatdan "4”, 1623-ü Ana dilindən, 2793-ü riyaziyyatdan "5” alıb.

Ümumilikdə imtahanda 20 052 11-ci sinif şagirdi iştirak edib. İmtahanda iştirak etmiş 11-ci sinif şagirdlərinin 5298-i Ana dilindən, 5391-i Riyaziyyatdan "2" qiyməti alıb. 7818 nəfər Ana dili, 7471 nəfər Riyaziyyatdan "3" alıb.
4046 şagird Ana dilindən, 4416 şagird Riyaziyyatdan "4", 2890 nəfər Ana dilindən, 2774 nəfər isə Riyaziyyatdan "5" alıb.

Xatırladaq ki, iyunun 13-də 9 və 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş şəkildə buraxılış imtahanları Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrində keçirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir