Modern.az

Mətbuat Şurasına mükafat almaq istəyənlərdən o qədər müraciət daxil olub ki...

Mətbuat Şurasına mükafat almaq istəyənlərdən o qədər müraciət daxil olub ki...

29 İyun 2010, 14:27

İyulun 22-də Azərbaycan mətbuatının yaranmasının 135 ili tamam olacaq. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatımızın yaranmasının 135 illik yubileyi ilə bağlı bir müddət öncə sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyasına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək və bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Bu sərəncamla jurnalistikanın inkişafında xidmətləri olan bəzi jurnalistlərin “Əməkdar jurnalist” adı və “Tərəqqi” medalı  ilə təltif olunacağı gözlənilir. Görəsən mükafatlandırılacaq jurnalistlərin seçimində ədalət prinsipi gözləniləcəkmi? Artıq bir müddətdir KİV redaksiyaları, jurnalist təşkilatları öz təkliflərini Mətbuat Şurasına təqdim etməkdədirlər. Şuradan Modern.az-a verilən məlumata görə, təkliflər o qədərdir ki, qurumun rəhbərliyi də bundan təəccüblənib. Məlum olub ki, qəzetlər və jurnalist təşkilatlarının Mətbuat Şurasına göndərdiyi siyahıların heç də hamısında ədalət prinsipi gözlənilməyib. Belə ki, bəzi baş redaktorların, təşkilat rəhbərlərinin göndərdikləri siyahıda onların özlərinin və əsasən özlərinə yaxın jurnalistlərin adlarının yazıldığı bildirilir.    Mətbuat Şurasından əldə etdiyimiz məlumata görə, quruma təqdim olunan siyahılarda elə adlar göstərilib ki, onların nə jurnalistiyanın inkişafında xidmətləri olub, nə də indiyədək normal bir yazıları dərc olunub. Adəm Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi