Modern.az

“Könüllülük Məktəbi” yaradılır

“Könüllülük Məktəbi” yaradılır

29 İyun 2010, 17:04

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.

            “Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı” adlanan layihənin uzunmüddətli məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsidir.

            Könüllülük bütün cəmiyyətlərə və mədəniyyətlərə xas xüsusiyyətdir. O, icma gücünün, davamlılığın, həmrəyliyin və sosial birliyin əsas mənbəyidir. O, müxtəlifliyə, bərabərliyə və hamının iştirakına hörmət edən inklusiv cəmiyyətlərin formalaşmasına şərait yaratmaqla müsbət sosial dəyişikliyin baş verməsinə yardım edə bilər. Belə töhfələr vətəndaş cəmiyyətinin inkişafı və qorunması üçün olduqca vacibdir.

            Regionlarda icra olunacaq layihə gənclər arasında sosial problemlərin həllinə kömək etməklə bərabər, həmin gənclərin aktiv vətəndaş kimi formalaşdırılmasını nəzərdə tutur.

            Layihə çərçivəsində əsasən gənclərdə könüllülük işinə maraq oyatmaq, zəruri təbliğat və maarifləndirmə işləri aparmaq, könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək planlaşdırılır.

            Layihənin rəhbəri Elnur Axundovun mətbuata verdiyi məlumata əsasən layihəni uzun müddət davam etdirmək, eləcə də layihə məqsədlərinin bütün regionlarda yayılması üçün Mərkəz tərəfindən “Könüllülük Məktəbi”nin yaradılması da nəzərdə tutulur.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir