Modern.az

Azərbaycanlılara qarşı soyqırımlarının fotoları Türkiyədə heyrət doğurub

Azərbaycanlılara qarşı soyqırımlarının fotoları Türkiyədə heyrət doğurub

Ölkə

29 İyun 2010, 19:16

Türkiyənin Niğdə şəhərində “Ermənlərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda” adlı üç günlük fotosərgi açılıb. Modern.az xəbər verir ki, sərgini Türkiyə Qəzetçilər Federasiyası ilə Niğdə Qəzeteçilər Cəmiyyəti təşkil edib.

Üç gün ərzində davam edəcək sərginin açılış lentini Niğdə valisi Alim Barut, Niğdə Bələdiyə başqanı Faruk Akdoğan kesib.

Niğdə Qəzetçilər Cəmiyyətinin başqanı Ahmet Öncü sərginin açılış törənində çıxış edərək ermənilərin təkcə Türkiyə türklərinə qarşı deyil, Qafqazlarda və Azərbaycan torpaqlarında da qətliamlar həyata keçirdiyini vurğulayıb. O, 1919-1920-cı illərdə, 1992-ci il 25-26 fevral tarixində Azərbaycan türklərinə qarşı soyqırımı aktlarının törədildiyini söyləyib. Ahmet Öncü sərgi iştirakçılarının diqqətinə çatdırıb ki, ermənilər 20-ci əsrin əvvəllərində Azərbaycanın Quba, Şamaxı, Gəncə, 20-ci əsrin sonunda isə Xocalı şəhərində ən ağılasığmaz vəhşiliklər həyata keçiriblər: “Daşnaq çeteləri yaşlı, uşaq, qadınlara fərq qoymadan minlərlə Azərbaycan türkünü qətlə yetiriblər”.

Niğdə Qəzetçilər Cəmiyyətinin başqanı Xocalı qətliamını insanlığa qarşı işlənmiş ən qəddar hadisə adlandırıb. “Dünya parlamentlərinə qondarma “soyqırımı” sənədi qəbul etdirme siyasətini sürdüren ermeni diasporu Anadoluda və Azərbaycanda törədilən qətliam və soyqırımının hesabını tarix önünde necə verəcəklər?” – deyə Ahmet Öncü vurğulayıb.

Tədbir iştirakçıları “Ermənlərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda” adlı sərginin açıldığı salonda erməni vəhşilikərini əks etdirən şəkillərə baxdıqdan sonra xatirə kitabına ürək sözlərini yazıblar.

Niğdə valisi Alim Barut xatirə kitabına yazıb: “İndi mən soyqırımı gördüm. Nə olduğunu daha yaxşı anladım. Keçdiyimiz yüzilin başında Anadoluda, sonunda Azərbaycanda yaşananları insanlıq adına lənətləyirəm. Bu sergini açanlara təşəkkür edirəm”.

Niğde Bələdiyə başqanı Faruk Akdoğan isə xatirə kitabına “burada ermənilərin türklere qarşı həyata keçirdiyi soyqırımın kiçik bir örnəyi nümayiş etdirilir. Hər kəsin buranə gelib gəzməsi gərəkir. Olanlar buranın daha ötesinde olduğunu düşünüyorum və bunu dünyada lehimizə çevirməliyiz. Bu sərgini açan Qəzetçilər Cəmiyyəti Federasiyasına şükranlarımı sunuyorum” cümlələrini yazıb.

 “Ermənlərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda” adlı sərginin açılış törəninə Niğdə Genel Məclis başqanı Nuri Ayduğan,  əmniyyət müdiri Yusuf Albayrak və digər rəsmi şəxslər, QHT nümayəndələri və vatandaşlar qatılıblar. Sərgi iştirakçılarına araşdırmaçı yazar İdris Yavuzun ermənilərin Anadolu və Azərbaycanda törətdikləri soyqırımlarından bəhs edən araşdırma yazısı da paylanıb. Xatırladaq ki, Türkiyə Qəzetçilər Federasiyasının ilə Azərbaycan Parlament Jurnalistləri Birliyi arasında əldə olunan razılaşmaya əsasən 2010-cu il Türkiyə mətbuatı üçün “Qarabağ ili” elan olunub və  indiyə qədər Türkiyənin 10-dan artıq bölgəsində “Ermənlərin Azərbaycanfda törətdikləri soyqırımları fotolarda” adlı sərgi keçirilib.

 Türkiyə Qəzetçilər Federasiyası bu ilin sonuna qədər Türkiyənin əksər bölgəsində bu sərgini keçirməyi planlaşdırır.

 

 

 

 

 

 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi