Modern.az

Səlim Sinədəftərin “Qəm karvanı” kitabı təqdim olunub

Səlim Sinədəftərin “Qəm karvanı” kitabı təqdim olunub

Mədəni̇yyət

29 İyun 2010, 20:04

İyunun 29-da Rəşid Behbudov adına Mahnı Teatrında el şairi Səlim Sinədəftərin “Qəm karvanı” kitabının təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə professor Qəzənfər Paşayev açıb. O, kitabın işıq üzü görməsindəki əməyinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkür edib.

Qənirə Paşayeva bildirib ki, Səlim Sinədəftər bir neçə il öncə dünyasını dəyişib və onun çoxlu sayda şeirləri var idi ki, çap olunmamışdı: “İndi onun bütün şeirləri bir kitab şəklində toplanaraq Azərbaycan oxucusuna təqdim olunur".

Millət vəkili onu da qeyd edib ki, bu kitab gənc nəsil arasında təbliğ olunmalıdır ki, gənclər kitab oxumağa meyilli olsunlar.

"Qəm karvanı" kitabında aşıq şeirinin gəraylı, qoşma, təcnis, qıfılbənd, divani, müxəmməs, deyişmə kimi müxtəlif formalarında yüzlərlə nümunə toplanıb. Mail Ağaxanov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi