Modern.az

Prezidentin mətbuat kaitibi Azərbaycanın Belarusa borc verməsinə aydınlıq gətirib

Prezidentin mətbuat kaitibi Azərbaycanın Belarusa borc verməsinə aydınlıq gətirib

Təhsil

29 İyun 2010, 20:19

Bir neçə gün öncə Belarus prezidenti Aleksandr Lukaşenko xarici mətbuata bu ölkənin Rusiyanın “Qazprom” şirkətinə olan borcunu qaytarmaq üçün Azərbaycan prezidenti İlham Əliyevdən 200 milyon dollar borc pul aldığını bildirmişdi. Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Belarusun kreditlə bağlı müraciətini bu gün "Trend" agentliyinə şərh edib. - Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko "Euronews" telekanalına müsahibəsində bildirmişdir ki, Belarusun qaza görə Rusiyaya olan borcunun ödənilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmiş və bununla bağlı razılıq almışdır. Bu barədə nə deyə bilərsiniz? - İyunun 21-də Belarus Respublikasının Baş naziri S.Sidorski Azərbaycan Respublikasının Baş naziri A.Rasizadəyə yaranmış vəziyyətlə bağlı Azərbaycanın Belarusa qısamüddətli kredit verməsi barədə müraciət etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinə məruzə edilmişdir. Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq bu kreditin ayrılmasına razılıq vermişdir. Azərbaycan tərəfindən Belarusa ayrılan kreditin məbləği 200 milyon ABŞ dolları təşkil edir və bu kredit 12 təqvim günü müddətinə verilmişdir. Kreditlə bağlı bütün lazımı sənədlər imzalanmışdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı