Modern.az

"Azərbaycan Klintonun səfərinə böyük əhəmiyyət verir"

"Azərbaycan Klintonun səfərinə böyük əhəmiyyət verir"

Təhsil

30 İyun 2010, 11:24

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana gözlənilən səfərini şərh edərkən deyib ki, Azərbaycan tərəfi buna böyük əhəmiyyət verir: “Azərbaycan xarici dövlətlərlə münasibətlərini həmin ölkənin Dağlıq Qarabaq probleminə münasibəti üzərində qurur. Bizim üçün, ilk növbədə, ABŞ-ın Dağlıq Qarabağ probleminin həllinə dəstəyi və münasibətidir". Əli Həsənov jurnalistlərə deyib ki, Azərbaycan ABŞ ilə enerji, beynəlxalq təhlükəsizlik, insan hüquqları və demokratiya ilə yanaşı, Dağlıq Qarabağa münasibəti və bu sahədə gördüyü işi nəzərə alır. Ə.Həsənov Minsk qrupu həmsədr ölkələri prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatıda şərh edib. O deyib ki,  bəyanat Azərbaycanı tam qane edir: "Bəyanat Azərbaycan tərəfini tam qane edir. Bəyanatda hər üç ölkə Azərbaycan ərazilərinin işğal edilməsi faktını etiraf edir. Bəyanatda işğal altında olan ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələbi var. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ölkələrin iradəsi var".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır