Modern.az

Prokuror Eynulla Fətullayev üçün 3 il cəza istədi

Prokuror Eynulla Fətullayev üçün 3 il cəza istədi

30 İyun 2010, 12:48

İyunun 30-da Qaradağ rayon məhkəməsində narkotik maddə saxlamaqda ittiham olunan jurnalist Eynulla Fətullayevin işi üzrə növbəti məhkəmə proses keçirilib.

"Azadlıq" radiosunun məlumatına görə, dövlət ittihamçısı Elçin Nağıyev cəzasını ciddi rejimli cəzaçəkmə yerində çəkməklə jurnalistin 3 il az adlıqdan məhrum edilməsini tələb edib.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamı ilə 2 il 6 aylığa həbs olunub. Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamları ilə onun cəzası 8 il 6 aya çatdırılıb.
Ötən il dekabrın 29-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapıldığı iddia olunurdu. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirirlər.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən onu dərhal azad etməyi tələb edirlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır