Modern.az

Bakıda günvurmalar qeydə alınıb

Bakıda günvurmalar qeydə alınıb

30 İyun 2010, 13:40

Son günlər kəskin istilər müşahidə olunmaqdadır. Günəşin qızmar istisindən qorunmaq istəyənlər mümkün qədər kölgəlikdə olmağa çalışırlar. Amma kölgəliyə çəkilənlərlə yanaşı, günün altında qan-tər içində işləyənlər də çoxdur. Azərbaycanda əmək qanunvericiliyinə görə, kölgədə temperatur müsbət 41 dərəcəyə çatarsa, iş dayanmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentininin rəsmiləri  ölkə ərasizində temperaturun hələki 41 dərəcəyə çatmadığını deyirlər. Sinoptiklərlə razılaşmayanlar da var. Məsələn, Biləsuvar sakini İdris Alməmmədov deyir ki, son günlər bu rayonda günorta saatlarında temperatur 41 dərəcədən yuxarı qalxır: “Özüm termometrlə istiliyin dərəcəsini ölçmüşəm. Bir neçə gün öncə kölgədə 41 dərəcədən artıq isti oldu. Amma heç bir sahibkar fəhlənin qayğısına qalıb işi dayandırmadı”. 

Son günlər havaların həddindən artıq isti keçməsi günvurma və istivurmalara da səbəb olub.

Artıq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma və istivurma hallarına görə müraciət edənlər var. Bu barədə Modern.az saytına Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. O, bildirib ki, təcili yardıma istivurma və günvurma halları ilə müraciət edənlər olsa da, bu, kütləvi hal almayıb: “Tək-tək hallarda, təxminən 3 gündən bir mürciətlər olur. Burada qorxulu hal yoxdur. İstivurma, günvurma halları daha çox açıq havada fiziki işlə məşğul olanlarda, günün isti saatlarında çimərlikdə olanlarda müşahidə olunub. Yaşlı insanlar da istilərlə əlaqədar səhhətlərində yaranmış problemlərə görə bizə müraciət edirlər. Ümumiyyətlə, hər il yay mövsümündə bu kimi hallar baş verir. Bu da normaldır”. M.Həmidov günvurma ilə bağlı stansiyaya müraciət edənlərin sayını açıqlamaq istəməyib. Təhminə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi