Modern.az

Ukraynanın yeni xarici işlər naziri və baş prokuroru təsdiqləndi

Ukraynanın yeni xarici işlər naziri və baş prokuroru təsdiqləndi

Dünya

19 İyun 2014, 14:01


Ukraynanın Ali Radası (parlament) Pavl Klimkin yeni xarici işlər naziri təyin olunmasının lehinə səs verib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, onun namizədliyini prezident Pyotr Poroşenko irəli sürüb. Klimkinin nazir təyin olunmasının lehinə 355 deputat səs verib.



Ali Radanın bu gün keçirilən iclasında Ukraynanın yeni baş prokuroru da təyin olunub. Prezidentin təqdimatı əsasında 329 deputat Vitali Yaryemonanın lehinə səs verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!