Modern.az

Azərbaycanda 8 min müəllim güzəştli kompüter alıb

Azərbaycanda 8 min müəllim güzəştli kompüter alıb

Ölkə

30 İyun 2010, 13:58

İyunun 30-da “Hyatt Regency” otelində Azərbaycanda rəqəmli bərabərsizliyin aradan qaldırılması və muxtəlif əhali quruplarının informasiya ilə təmin olunması üçün dövlət və özəl təşəbbüslərin əməkdaşlığı məsələsinə həsr olunmuş İnovasiyalar günu keçirilib. Modern.az xəbər verir ki, tədbiri Rabitə və İnformasiya Texnalogiyaları, Təhsil nazirlikləri, “Microsoft Azərbaycan”, HP, “Bestcomp” və “Ultura” şirkətləri təşkil edib. Tədbir çərçivəsində «Xalq Kompüteri» layihəsinin əsas mərhələsinin başlanması haqda adları çəkilən qurumlar arasında razılaşma da imzalanıb. Tədbirdə çıxış edən rabitə və informasiya texnalogiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycanda kompüterlərdən istifadə göstəricisi hələki orta səviyyədən aşağıdır. “Bizdə hər 100 nəfərə 12 kompüter düşür. Məqsədimiz bu rəqəmi artırmaqdır. Ölkə əhalisinin bütün elektron xidmətlərə çıxışı olmalıdır”. «Xalq Kompüteri» layihəsindən danışan nazir deyib ki, əhaliyə və birinci növbədə təhsil işçilərinə 25% -dən 40%-ə dək ücuzlaşdırılmış köküterlər satılır. “Bizim məqsədimiz bu layihəni bütün Azərbaycan üzrə genişləndirməkdir”.

Təhsil Naziri Misir Mərdanov bildirib ki, bir il ərzində 8 minə yaxın müəllim bu layihədə iştrak edib və kompüterlə təmin olunub. M.Mərdanov deyib ki, hazırda ölkəmizdə 2 milyon tələbə və şagird, eləcə də 200 min müəllim var. O, «Xalq Kompüteri» layihəsinin miqyasının daha da genişləndiriləcəyini vurğulayıb. Bundan sonra “Xalq Kömpüteri” layihəsi çərçivəsində güzəştli kompüterləri müəllimlərlə yanaşı, tələbə və şagirdlər də əldə edə biləcəklər. Təhsil naziri təklif edib ki, gələcəkdə bu layihə məktəbəqədər müəssisələri, peşə məktəblərini, texnikum və kollecləri də əhatə etsin.

Rabitə və İnformasiya Texnalogiya Nazirliyinin şöbə müdri Rüfət Gülməmmədov bildirib ki, layihənin yeni mərhələsi çərçivəsində müəllim və tələbələr kompüterləri bazar qiymətindən 25-40% endirim qiymətlərlə, 12 aylıq faizsiz kreditlə əldə edə biləcəklər.

Kompüterlərin çatdırılmasını və aylıq ödəmələrin qəbulunu “Azərpoçt” həyata keçirəcək. Mail Ağaxanov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir