Modern.az

Azərbaycandakı hərbi hissədə qanlı olay

Azərbaycandakı hərbi hissədə qanlı olay

30 İyun 2010, 14:37

İyunun 29-da saat 19.30 radələrində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər Cəfər Məmmədrzayev avtomat silahdan atəş acaraq iki əsgəri – İlkin Qəhrəmanovu və Elvin Əliyevi qətlə yetirib. Əsgər Asif Musayev isə yaralanıb. Bundan sonra özünə atəş açan əsgər Cəfər Məmmədrzayev intihar edib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir ki, müdafiə nazirinin göstərişi ilə  bir qrup idarə rəisi hadisəni araşdırmaq ücün həmin hərbi hissəyə ezam edilib.

Respublika Hərbi Prokurorlugu faktla bağlı cinayət işi qaldırıb. Müdafiə Nazirliyi bildirir ki, hadisənin  başvermə səbəbləri hələlik məlum deyil. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi