Modern.az

TQDK abituriyentlərə attestat məlumatları ilə bağlı vaxt verdi

TQDK abituriyentlərə attestat məlumatları ilə bağlı vaxt verdi

Təhsil

30 İyun 2010, 15:35

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 25-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.

Yaxın günlərdə I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdiriləcək. Ümumiyyətlə, hər bir ixtisas qrupu üzrə qəbul imtahanına bir neçə gün qalmış müvafiq qrup üzrə ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın unternet saytından çap edə biləcəklər.

Cari ildə attestat alan abituriyentlər “(ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən abituriyentlər və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər) “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməli, attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına (Sənəd Qəbulu Komissiyalarının siyahısı əlavə edilir) təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir.

TQDK-dan bildirlib ki, həmin abituriyentlərə Sənəd Qəbulu Komissiyalarına attestat məlumatlarını təsdiq etdirmək üçün aşağıdakı qrafik üzrə müraciət etmələri tövsiyə olunur:

III qrup üzrə ərizə vermiş abituriyentlər : - 03 iyul 2010-cu il saat 17:00-dək

I qrup üzrə ərizə vermiş abituriyentlər : 05 - 09 iyul 2010-cu il, hər gün saat 10:00-dan 17:00-dək

IV qrup üzrə ərizə vermiş abituriyentlər : 12 - 16 iyul 2010-cu il, hər gün saat 10:00-dan 17:00-dək

II qrup üzrə ərizə vermiş abituriyentlər : 19 - 22 iyul 2010-cu il, hər gün ssat 10:00-dan 17:00-dək Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?