Modern.az

Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib

Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib

2 Oktyabr 2009, 12:15

Oktyabrın 2-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan dövlətinin başçısını Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Beynəlxalq hava limanının ali qonaqlar üçün salonunda Prezident Nursultan Nazarbayev və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması nəzərdə tutulur. Qazaxıstan prezidenti türkdilli dövlət başçılarının oktyabrın 2-3-də Naxçıvanda keçiriləcək zirvə görüşündə də iştirak edəcək.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?