Modern.az

BDU 4 minədək məzunu yola salıb

BDU 4 minədək məzunu yola salıb

Mədəni̇yyət

30 İyun 2010, 15:40

Dünən Bakı Dövlət Universitetində “Məzun günü” keçirilib. Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib: «2009/2010-cu tədris ilində universiteti 4 minədək tələbə bitirir. Onlardan 3 min 500-ü təhsilin bakalavr, qalanları isə magistratura pilləsini başa vururlar. Tələbələrin 500 nəfəri fərqlənmə diplomlarına layiq görülüblər. Biz həmin tələbələrə diplom və valideynlərinin adına yazılmış təşəkkür məktubu təqdim etdik. Bu gün isə 16 fakültənin hər birindən 2  nəfər tələbəyə diplom təqdim ediləcək».

Daha sonra rektor Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayıb, bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb, görkəmli dövlət xadimi Heydər Əliyevin BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edib. Rektor üzünü tələbələrə tutaraq deyib: “Siz ulu öndərin məzunu olduğu universiteti bitirdiyinizə görə fəxr etməlisiniz”.

Sonra Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxış edərək məzunlara uğurlar arzulayıb, gələcək işlərində müvəffəqiyyətlər diləyib. Sonra hər fakültədən fərqlənmə diplomuna layiq görülən 2 tələbəyə diplom və hədiyyələr təqdim edilib.

BDU tələbələrinin aparıcısı olduğu tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin məzunu Lamiyə Hüseynova bütün tələbələr adından universitet andını oxuyub. Tədbir konsert proqramı ilə başa çatıb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir