Modern.az

Obamalar qızlarına iş axtarır

Obamalar qızlarına iş axtarır

20 İyun 2014, 14:38


ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişelin fikrincə, qızlarının minimum əmək haqqı verilən işlə məşğul olmaları onların xarakterlərinin formalaşmasına sərfəli ola bilər. Modern.az-ın məlumatına görə, bunu “Parade” jurnalına Barak Obama deyib: “İndi biz onlara başa salırıq ki, iş həmişə insana sevinc gətirir və ruhlandırır, əmək haqqı isə həmişə ədalətli olmur”.

“Düşünürəm ki, hər bir uşaq ağır zəhmətin nə demək olduğunu bilməlidir”, - bunu isə Mişel Obama əlavə edib.

Obamalar hüquq elmləri doktoru dərəcəsini alana qədər çox az pul qazanıblar və bunu çox vacib təcrübə hesab edirlər. Belə ki, ABŞ prezidenti gənc yaşlarında “Baskin Robbins”də dondurma satıb, onun gələcək həyat yoldaşı isə mağazada kitab cildçisi işləyib.  

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi