Modern.az

Çoxarvadlı prezident -"Nəsil artırmağa hələ davam edəcəm" - FOTOLAR

Çoxarvadlı prezident -"Nəsil artırmağa hələ davam edəcəm" - FOTOLAR

20 İyun 2014, 15:25

Ceykob Gedleyixlekis Zuma dünya ən qalmaqallı və təzadlı dövlət başçılarından sayılır. İstər sərt siyasi bəyanatları, istərsə də şəxsi həyatında baş verən skandallar Ceykob Zumanı daim dünya mətbuatının diqqətində saxlayır. 70-ci illərin əvvəllərində Cənubi Afrikada ağdərilililərin Aparteid adlanan irqçi sisteminə qarşı mübarizə aparan gələcək prezident 2005-ci ildə zorlama və korrupsiyada ittiham olunmuşdu. Buna baxmayaraq, məhkəmə ona bəraət qazandırmışdı. 2009-cu ildə ölkə parlamenti tərəfindən prezident seçilən Zuma mənsub olduğu zulus xalqının çoxarvadlılıqla bağlı qədim adətini bərpa edərək, Cənubi Afrika tarixinə ilk poliqam (çoxarvadlı) prezident kimi düşüb. 8 arvadı olan (3-ü qeyri-rəsmi) Cənubi Afrika Respublikasının prezidenti jhazırda dünyada ən çox arvadı olan ölkə başçısı sayılır.

Modern.az saytı Ceykob Zumanın şəxsi həyatı, həyat yoldaşları barədə məlumatı təqdim edir.

Hertruda Sizakele Xualo prezidentin ilk həyat yoldaşıdır. Onlar hələ 1959-cu ildə tanış olublar. Lakin yalnız 14 il sonra - 1973-cü ildə, Ceykob Zuma həbsdən yeni azad olunan zamanlarda ailə həyatı qurublar. Hertruda Cənubi Afrika prezidenti ilə artıq 41 ildir ki, nikahdadır. Cütlüyün ortaq övladları yoxdur.  

Keyt Mantso Zuma 1976-cı ildə Ceykob Zumanın 2-ci dəfə ailə həyatı qurduğu xanımdır. Ceykob Zumanın 2-ci arvadı Mozambik əsillidir. 24 il evlilik həyatında Keyt Zuma öz ərinə 5 övlad bəxş edib. Bu nikah 2000-ci dekabrın 8-də Keyt Zumanın intihar etməsi ilə başa çatıb.

Nkosazana Dlamini-Zuma Cənubi Afrika prezidentinin 3-cü həyat yoldaşı sayılır. Onlar 1982-ci ildə evləniblər. Nkosazana Zuma prezidentin digər xanımlarından fərqli olaraq, uğurlu siyasi karyera qurması ilə seçilib. 1994-cü ildə irqçi Aparteid rejimi devrildikdən və Nelson Mandela ölkə prezidenti seçildikdən sonra yeni formalaşan hökumətdə səhiyyə və xarici işlər naziri vəzifələrini tutub. 2009-cu ildə Zuma prezident seçildikdən sonra Nkosazana Dlaminiyə daxili işlər naziri postu təlkif olunub. O, 2012-ci ildən başlayaraq Afrika İttifaqı Komissiyasının sədridir. Qeyd edək ki, Nkosazana Dlamini 1998-ci ilin iyununda həyat yoldaşından-prezident  Ceykob Zumadan boşanıb. Onların 4 övladı var.

Sayca Ceykob Zumanın 4-cü həyat yoldaşı olan Nompumelelo Ntuli ərindən 36 yaş kiçikdir. Onlar 2008-ci il yanvarın 8-də ailə həyatı qurublar. 1975-ci il təvəllüdlü Ntuli Ceykob Zumanın 3 övladının anasıdır.

Tobeka Steysi Madiba prezidentin 5-ci həyat yoldaşıdır. Onlar 2010-cu il yanvarın 4-də evləniblər. Bu izdivacdan Tobeka Madibanın 1 nikahdankənar övladı var. Belə ki, onların övladı rəsmi evlilikdən 3 il əvvəl 2007-ci ilin oktyabrında dünyaya gəlib.

Qloriya Bonqika Nqema Cənubi Afrika prezidentinin sayca 6-cı və sonuncu rəsmi həyat yoldaşıdır. Cütlük 2012-ci il aprelin 20-də ailə həyatı qurub. Maraqlıdır ki, Nkadla şəhərində baş tutan toyda Zumanın 3 həyat yoldaşı da qonaq qismində iştirak edib. Ənənəvi zulus tayfasına məxsus adətlərlə və rəqslərlə müşayiət olunan toy mərasimi dünya mediasının da diqqətini cəlb etmişdi. 2 ildən bir qədər artıq müddətdir ki, evli olan cütlüyün 1 oğul övladı var.


Bunlardan başqa, Ceykob Zumanın nikahdankənar münasibətləri də çoxdur. Belə ki, Minah Şonqve adlı qadından onun Edvard adlı övladı var. Maraqlıdır ki, Minah Şonqve 2006-cı ildə zorlama maddəsi ilə ittiham olunan zaman Ceykob Zumaya bəraət verən hakim İeremi Şonqvenin doğma bacısıdır.

Ceykob Zuma nikahdankənar münasibətlərindən birini sahibkarlıqla məşğul olan Priosilla Mlonqo ilə yaşayıb. Bu münasibətlərdən 1998-ci ilin 18 yanvarında və 2002-ci ilin 19 sentyabrında 2 qız övladı dünayaya gəlib. Yerli jurnalistlərin iddiasına görə, daha 3 yohhanesburqlu və 1 riçardbeyli qadın da Zumadan övlad dünyaya gətiriblər.

2010-cu ilin yanvarında İngiltərə mətbuatı Sonoa Koza adlı qadının ölkə prezidentinə sayca 20-ci övladı bəxş etdiyi yazmışdı. Fevralın 3-də jurnalistlərə açıqlama verən Ceykob Zuma uşağın atası olduğunu təsdiqlədi və dostunun qızını ana etdiyinə görə ailəsindən, bütün vətəndaşlardan üzr istədi.

72 yaşlı Ceykob Zuma özünü gümrah hiss edir və yaxın illərdə də nəsil artırmağa davam edəcəyini bildirir. Cənubi Afrika müxalifəti isə prezidentdən enerjisini ölkədəki demoqrafik vəziyyətin “düzəldilməsinə” deyil, ölkənin idarə olunmasına yönəltməyi tələb edir.

Xatırladaq ki, Ceykob Zumanın ölkənin ayrı-ayrı bölgələrində ayrıca iqamətgahları olan 5 həyat yoldaşı və 20 övladının saxlanması üçün Cənubi Afrika büdcəsindən ildə 2 milyon dollar vəsait ayrılır.   






















Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər