Modern.az

Üç keçmiş prezident Poroşenkonun addımlarını dəstəklədi

Üç keçmiş prezident Poroşenkonun addımlarını dəstəklədi

20 İyun 2014, 16:46



Ukraynanın üç keçmiş prezidenti Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko  2014-cü ilin payızında Ali Radaya yeni seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda “Bizim Ukrayna” Partiyasının Siyasi Şurasının Facebooc səhifəsində yazılıb: “Biz Poroşenkonun açıq partiya siyahıları ilə Ukrayna parlamentinə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı mövqeyini dəstəkləyirik. İndiki Ali Rada Ukrayna xalqının iradəsini əks etdirmir”.

Keçmiş prezidentlər Avropa İttifaqına və ABŞ-a Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqi ilə də bağlı müraciət ediblər. Bundan başqa, keçmiş dövlət başçıları Ukraynanın Şərqindəki situasiyanın dinc yolla həlli ilə bağlı yeni prezident Pyotr Proşenkonun mövqeyini dəstəklədiklərini də bəyan ediblər.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər