Modern.az

Poroşenkodan Putini sevindirəcək QƏRAR: Kiyev hərbi əməliyyatları dayandırır

Poroşenkodan Putini sevindirəcək QƏRAR: Kiyev hərbi əməliyyatları dayandırır

20 İyun 2014, 21:45

 

Kiyev hakimiyyəti Ukraynanın cənub-şərqində rusmeylli separatçılara qarşı əməliyyatları dayandırmaq qərarına gəlib.

Modern.az xəbər verir ki, 27 iyun tarixinə qədər bölgədə əməliyyatların keçirilməsinin  dayandırılacağı bildirilib.   

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətinin Svyatoqorsk bölgəsinin sakinləri ilə görüşdə bildirib ki, adıçəkilən regionda Kiyev hakimiyyətinin həyata keçirdiyi əməliyyatlara son verilə bilər. 

Məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayıb.  

P. Poroşenko da Milli Qvardiyanın terrorçuluğa qarşı mərkəzi qərargahında hərbi qulluqçularla görüşü zamanı bu haqda danışıb:

“Mən Ukrayna Silahlı Qüvvələrinə, Milli Qvradiyaya, sərhəd qoşunlarına əməliyyatların dayandırılması haqqında əmr verəcəyəm. Bir həfətəyə qədər bu barədə sərəncam da imzalayacağam”.  

Qeyd edək ki, P.Poroşenko prezident səlahiyyətlərinin icrasına başlayandan bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla əlaqə saxlayaraq Ukraynadakı böhrandan çıxış yollarını müzakirə edib. V. Putin isə dəfələrlə bəyan edib ki, Ukrayna şərq vilayətlərində hərbi əməliyyatları dayandırmalıdır.

A. Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir