Modern.az

MBASK unikal “5-dən 1-i” lotereyasını işə salıb

MBASK unikal “5-dən 1-i” lotereyasını işə salıb

1 İyul 2010, 09:40

Hər beş nəfərdən biri udur

 

MBASK Sığorta Şirkəti, öz avtomobilini “QUR” kompleks sıöorta proqrammı üzrə sığortalamış müştərilər arasında, unikal lotereyanın başlandığını elan edir. Öz avtomobilini MBASK-ın ofisində, 20 000 manatdan az olmayan dəyərdə kompleks şəkildə sığortalayan hər bir müştəri, avtomatik olaraq, “%-dən 1-i” lotereyasının iştirakçısına çevrilir.

 

Lotereyanın şərtlərinə görə, mükafatlar, sığorta polislərinin unikal nömrələrinin əsasında, hər ayın əvvəlində oynanılacaqdır. Uduşlar 2010-cu ilin sentyabr ayının 30-a kimi davam edəcək. Lotereyanın hər bir tirajında hər beş iştirakçıdan biri mütləq udur.

Lotereyanın fərqli cəhəti belə bir faktdır ki, lotereyanın hər bir uduşunun qalibləri özü üçün mükafatları - Blackberry Bold telefonunu, Sony LCD (32`) televizorunu və ya Nеtbook HP-ni – özləri seçə biləcəklər.

 

Hər bir tirajda sığorta olunmuş müştərilərin beşin misli olan sayı iştirak edəcək və mükafatların sayı birbaşa bu rəqəmdən asılı olacaqdır. Bu rəqəmə uyğun gəlməyənlər, növbəti tiraja keçiriləcəklər. Sonuncu, üçüncü tirajda, mislindən asılı olmayaraq bütün polislər iştirak edəcəklər və, zərurət olduqda, əlavə mükafat əlavə ediləcək.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir