Modern.az

Türkiyəli nazir: "Kürün qarşısını kəsəcəyik, o bizimdir"

Türkiyəli nazir: "Kürün qarşısını kəsəcəyik, o bizimdir"

1 İyul 2010, 10:21

Türkiyənin çevre ve orman (ətraf mühit və meşə) naziri Veysəl Əroğlu başlanğıcını bu ölkənin ərazisindəki Qızılgədik dağından götürüb Gürcüstan və Azərbaycandan keçərək Xəzər dənizinə tökülən Kür çayı ilə bağlı mübahisə doğuran bəyanatla çıxış edib. Türkiyə mətbuatının məlumatına görə, nazir "Kürün suyu bizimdir və onu istədiyimiz yerə axıda bilərik” deyib. Nazir Kürün Qaradənizə tökülən Çoruh çayına axıdılacağını, nəticədə əkin sahələrini suvaracaqlarını, elektrik enerjisi hasil edilərək satacaqlarını və sellərin qarşısını alacaqlarını bildirib. Nazirin fikirləri elə Türkiyənin özündə mübahisə doğurub. Müzəyyən Çiftçi Yolaçan adlı hüquqşünas deyib ki, Kürün suyuna həm əkin sahələri olan Ərdaxan vilayətinin,  həm də çayın keçdiyi iki ölkə ilə Xəzər dənizinin ehtiyacı olduğunu deyib. “Bu qərar yerli ehtiyaclar baxımından lazımlı görünsə də beynəlxalq hüquqa görə etibarsızdır. Çünki bu su bölgəyə aiddir. Ətraf mühitdə olan dəyişikliklərdə suyun böyük rolu olduğu da unudulmamalıdır. Bu qərara ərdaxanlılar da ekoloqlar da etiraz etməlidir”.  st1:*{behavior:url(#ieooui) }Kür çayı Qafqazda ən böyük çaydır. Uzunluğu 1515 km, hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kwr ,ay; Türkiyə ərazisində 200 km, Gürcüstan ərazisində 335 km, Azərbaycan ərazisində isə 980 km məsafədən axaraq Xəzər dənizinə tökülür.

Kür çayının xalq təsərrüfatı əhəmiyyəti olduqca böyükdür. Kür böyük enerji ehtiyatına malikdir. Çayın həm Gürcüstan, həm də Azərbaycan ərazisindən keçən hissəsinin üzərində bir neçə su-elektrik stansiyaları tikilib. Onun suyundan suvarmada geniş istifadə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır