Modern.az

Dünyada nəzarətçisi olmayan ilk həbsxana

Dünyada nəzarətçisi olmayan ilk həbsxana

24 İyun 2014, 00:19

Yaxın zamanlarda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə dünyada ilk dəfə olaraq nəzarətçisi olmayan həbsxana istifadəyə veriləcək.
Modern.az saytının məlumatına görə, yerli mətbuat yazır ki, yeni həbsxana regionda ən böyük cəzaçəkmə müəssisəsi olmaqla yanaşı, eyni zamanda sosial reabilitasiya mərkəzi kimi də fəaliyyət göstərəcək.

Yeniyaradılan həbsxana-reabilitasiya mərkəzində cəzasını çəkən məhkumun səhvini anlayaraq  düz yola qayıtması, bir növ tövbə edərək, gələcəkdə cəmiyyətin tam normal üzvü kimi həyatına davam etməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək. Bundan əlavə, nəzarətçi ilə məhbus arasında yaşanan  soyuq münasibətləri,  məhkumlara  qarşı hər hansı mənfi davranışları, psixoloji təsiri, qorxu hissini aradan qaldırmaq məqsədi ilə Abu-Dabi əmirliyinin Cinayət-İslah İdarəsi bu inqilabi  yeniliyə imza atıb. Məhbuslar həbsxanaya daxil olduqları ilk gündən cəzalarını çəkib azadlığa çıxana qədər, nəzarətçi ilə heç bir təmasda olmayacaqlar. "Kulis arxasında olan" nəzarətçilərin köməyindən yalnız fövqaladə vəziyyətlərdə istifadə olunacaq.  Məhbusların cəmiyyətə sosial adaptasiyası prosesinin tətbiqinə  onların həbsxanaya daxil olduqları ilk gündən başlanılacaq.  Hər cür lazımi şəraitlə təmin olunmuş  cəzaçəkmə müəssisəsi  5500  nəfər məhbus üçün nəzərdə tutulub. Yeni həbsxanada 600 nəfərlik yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi heyəti çalışacaq. İşçi personalına  həkimlər, psixoloqlar,psixatrlar,xüsusi təhsilli sosial işçilər daxildir. Onlar məhbusların sosial, əxlaqi və psixoloji  durumlarının  müalicəsi ilə 24 saat fasiləsiz olaraq, məhkumlarla fərdi və qrup şəklində məşğul olacaqlar. BƏƏ-nin cinayət-islah sistemində aparılan islahatların nəticəsindəməhbusların hüquqları ciddi şəkildə qorunur. Xüsusi komissiyalar, dövlət fondlarıtərəfindən azadlıqdan məhrum olunmuş vətəndaşların lazımi ehtiyacları qarşılanırvə cəza müddəti bitdikdən sonra azadlığa çıxan məhbuslar tez bir zamanda münasib işlə təmin olunurlar.

Şəhrizad,
Əbu-Dabi 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi