Modern.az

“Azercell” mükafat alıb

“Azercell” mükafat alıb

1 İyul 2010, 17:35

İyunun 30-da "Happy İnn" mehmanxanasında "Xəzər" Milli Mükafatının təqdimatı baş tutub. Analitik Təhlil və Sorğu Mərkəzinin keçirdiyi araşdırma nəticəsində bir sıra nominasiyalar üzrə mükafatların qalibləri müəyyən edilib.

            “Azercell Telecom” MMC abunəçilərə göstərdiyi yüksək səviyyəli mobil rabitə xidmətinə və ictimaiyyətlə sıx əməkdaşlığına görə “Xəzər” Milli Mükafatı ilə təltif olunub. Təqdimat mərasimində çıxış edən “Azercell Telecom” MMC-nin mətbuat məsələləri üzrə nümayəndəsi Fəxri Abbasov “Azercell” şirkətinə göstərilən diqqətə görə minnətdarlıq edərək təmsil etdiyi qurumun bundan sonra da ictimaiyyətlə yaxından əməkdaşlıq edəcəyini qeyd edib. Şirkət nümayəndəsi “Azercell”-in  məqsədinin vətəndaşlara keyfiyyətli mobil rabitə xidməti göstərməkdən ibarət olduğunu deyib və fəaliyyəti dövründə abonentlərinə yalnız rabitə deyil, müxtəlif sahələrdə xidmətlər göstərdiyini bildirib. Xidmətlər sırasında “Mobil-bank”, “Mobil-İnternet”, SMS və MMS, BizKlub və digərlərinin adlarını qeyd edən Fəxri Abbasov bildirib ki, “Azercell” istər texnologiya, istərsə də xidmət və məhsul sahəsində olan ən son yenilikləri Azərbaycana gətirməkdədir: “Azercell” şirkəti xidmətlərinin çeşid və sayını artırmaqla yanaşı təqdim etdiyi rabitənin keyfiyyətinin də daima yüksək səviyyədə qalması istiqamətində durmadan işlər aparır”.

            Qeyd edək ki, “Xəzər” Milli Mükafatının qalibləri Azərbaycanın 17 rayonunda iki min nəfər arasında keçirilən sorğu və araşdırmaların nəticəsində bəlli olub. “Qaynar.info” Milli Xəbər Portalının informasiya dəstəyi ilə baş tutan mərasimdə Milli Məclisin deputatları, dövlət məmurları və ictimaiyyət nümayəndələri təltif olunublar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir