Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurasının müsabiqəsinə 30 jurnalist yazısı verilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının müsabiqəsinə 30 jurnalist yazısı verilib

Qarabağ

1 İyul 2010, 18:03

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün elan etdiyi müsabiqəyə məqalələrin qəbulu başa çatıb. 17 mart 2010-cu ildə elan edilmiş müsabiqə jurnalistlərin QHT mövzusunu müxtəlif aspektlərdən işıqlandırmasını nəzərdə tuturdu.

Bu gün Şura sədri Azay Quliyev müsabiqəyə daxil olmuş məqalələri qiymətləndirəcək peşəkar jurnalistlərdən ibarət münsiflər heyətilə görüşüb. Müsabiqəyə 30 müəllif məqaləsinin daxil olması və onlar arasında məşhur imzaların da yer aldığı qeyd edilib.

Görüşdə, həmçinin, media və jurnalistlər üçün gələcək müsabiqələrin təşkili, yazıların qiymətləndirilməsi və müəlliflərin mükafatlandırılması haqda ətraflı fikir mübadiləsi aparılıb.    

Müsabiqənin nəticələrinin Milli Mətbuat Günü ərəfəsində açıqlanması nəzərdə tutulur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!