Modern.az

Dillər Universitetində 1034 tələbə məzun olub (fotolar)

Dillər Universitetində 1034 tələbə məzun olub (fotolar)

2 İyul 2010, 10:05

Dünən Azərbaycan Dillər Universitetində (ADU) “Məzun günü” keçirilib. Modern.az xəbər verir ki, universitetin həyətində, açıq havada keçirilən tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib. “Məzun günü”nü universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov açıb. O, bu günün istər məzun, istərsə də universitetin professor-müəllim heyəti üçün  həyəcanlı və sevincli olduğunu bildirib: “Məhz müəllimlərin və valideynlərin istəyi, tələbələrə olan dəstəyi onları bu səviyyəyə gətirib çıxarıb. Buna görə onlara dərin təşəkkürümü bildirirəm”. ADU-nun beynəlxalq əlaqələrindən, orada yaranan mərkəzlərdən danışan S. Seyidov bunun rəhbərlik etdiyi ali təhsil ocağının respublikada öndə gedən universitet olmasına dəlalət etdiyini deyib. 

Universitetin bakalavr pilləsinin məzunu Aygün Allahverdiyeva məzun həmkarlarını təbrik edərək onlara dərs deyən, həyatda düz yolla addımlamağı öyrədən müəllimlərə təşəkkürünü bildirib.

Filologiya fakültəsinin məzunu Xəyalə Məmmədova fakültə məzunları adından onlara verdiyi dəstəyə görə universitetin rektoru Səməd Seyidova təşəkkür məktubunu oxuyub.

Sonra 16 məzuna fərqlənmə diplomları təqdim edilib.

Tədbir  tanınmış və populyar incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə yekunlaşıb. Qeyd edək ki, 2009-2010-cu tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir. Onlardan 910 nəfəri bakalavr, digərləri isə magistratura təhsil pilləsini başa vurur.  

 

 

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi