Modern.az

III qrup üzrə 71 yaşlı abituriyent də imtahan verəcək

III qrup üzrə 71 yaşlı abituriyent də imtahan verəcək

Ölkə

2 İyul 2010, 11:11

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyulun 2-də ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə həsr olunmuş növbəti həftəlik mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, M.Abbaszadə bildirb ki, ali məktəblərə qəbul üzrə ilk imtahan iyulun 4-də keçiriləcək. Həmin gün III ixtisas qrupuna sənəd verən abituriyentlər imtahan olunacaqlar. M.Abbaszadə deyib ki, III qrup üzrə 33316 nəfər ərizə təqdim edib.30187 nəfər Azərbaycan bölməsinin, 3129 nəfər isə rus bölməsinin məzunudur. III qrup üzrə abituriyentlərin 9227 nəfəri oğlan, 24089 nəfəri qızdır. 15732 nəfər əvvəlki illərin, 16876 nəfər isə builki məzunlardur.162 nəfər xarici ölkə vətəndaşıdır. 231 nəfər ikinci ali təhsili almaq istəyir. 1630 nəfər orta ixtisas məktəblərinin məzunudur. Ən yaşlısının 71, ən gəncinin 15 yaşı var. 

   

Təhminə Paşayeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür