Modern.az

Poroşenkodan ŞOK AÇIQLAMA: “Rusiyaya qarşı sanksiyalar mənim üçün xoş deyil”

Poroşenkodan ŞOK AÇIQLAMA: “Rusiyaya qarşı sanksiyalar mənim üçün xoş deyil”

27 İyun 2014, 11:18

 

“ABŞ və Avropa Birliyi ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiq etməsinin əleyhinəyəm”. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko CNN telekanalının jurnalistlərinə müsahibəsində deyib. O bildirib ki, Rusiyanı cəzalandırmaq üçün ABŞ və Avropa Birliyinin sanksiyalardan istifadə etməsi normal deyil. Ukrayna lideri Qərb dairələrini qıcıqlandıra biləcək daha bir açıqlaması ilə də diqqət çəkib.

P. Poroşenko ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları işə salmasının onun üçün xoş olmadığını bəyan edib. “Rusiyaya cəza kimi sanksiyalardan istifadə edilməsi mənim üçün xoş deyil. Bizə Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması lazımdır”

Ukrayna dövlət başçısı onu da qeyd edib ki, Kiyev hakimiyyəti, Rusiyaya qarşı istənilən imkanlardan yararlanmağa hazırdır. Bununla belə  P. Poroşenko söyləyib ki, Rusiya ilə sülh razılığının əldə olunmasına hazırdır. “Rusiya bizim qonşumuzdur. Rusiyanın iştirakı olmadan Ukraynanın uzunmüddətli təhlükəsizliyi perspektivindən danışmaq olmaz. “Mən ümid edirəm ki, yeni münasibətləri quracağıq”,-deyə P. Poroşenko bildirib.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı