Modern.az

Dövlət sifarişli yerlərə az bakalavr qəbul oluna bilib

Dövlət sifarişli yerlərə az bakalavr qəbul oluna bilib

2 İyul 2010, 12:23

“İyulun 31 –dən sonra magistraturada boş qalmış plan yerləri elan olunacaq. Ancaq dövlət sifarişli yerlərə qoyulan şərtlər dəyişməyəcək”. Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri  Məleykə Abbaszadə bugünki keçirdiyi mətbuat konfransda belə deyib. O bildirib ki, dövlət sifarişli yerlərə qəbul olunacaq bakalavrların sayı çox azdır. - Dövlət sifarişli yerlərə qəbul olunan bakalavrlar artıq qəbul olunublar. Ümumilikdə isə magistratura keçirlən qəbul imtahanlarının nəticələrinə görə bakalavrlar Tibb Universiteti və Bədən Tərbiyə və İdman Akademiyasında dövlət sifarişli yerlərə 100 faiz yiyələniblər. Belə ki,  Tibb Univeristetində 6, Bədən Tərbiyəsi və İdman Akademiyasında isə 5 plan yerlərinin hamısı tutulub. Müəllimlər İnsitutunda isə heç kim dövlət sifarişli yerlərə qəbul oluna bilməyib. İlk dəfə olaraq özəl ali məktəblərə də dövlət sifarişli yerlər ayrılmışdı.  Nəticələr görə, bakalavrlar Qafqaz Universitetində 42 faiz,  Xəzər Universitetində 6 faiz, Qərb Univesitetində 8 faiz, Azərbaycan Univeritetində isə 9 faiz dövlət sifarişli yerlərə yiyələniblər”.

Təhminə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir